İlkin Seyidzadə

Pirimə cavab
Pirim, yazını oxudum. Və bitdikdən sonra məhşur bir atalar sözü yadıma düşdü: Rira bien qui rira le dernier.

Bilirəm, başa düşmədin. Axı siz ancaq Azərbaycan dilində bəzəkli cümlələr qura bilirsiniz. Başqa nə gəlir ki, əlinizdən?   Hələ istəsən sizə Çin dilində elə bir ifadə deyərik ki, dünyanın ən az dörddə biri başa düşər, amma siz fevralın 10 – a kimi cümləyə baxa baxa qalarsız. Bax belə imkanları da var bizim komandanın.

İndi keçək başqa məsələlərə: əslində sənin yazını normal qarşılamaq olardı. Amma axırıncı cümləni oxuyanda, necə deyərlər, aşığı ağlamaq tutdu. Özünüzdən bu qədər arxayın olmağınız başa düşüləndir: hamınız bir birinizi yaxşı tanıyırsız, birinci dəfə deyil ki, birlikdə iş görürsüz. Amma iş burasındadır ki, biz də tanıyırıq sizi. İkinci bir məsələ də bundadır ki, siz bizi tanımırsız. Nəyə qadir olduğumuzdan xəbəriniz yoxdu.

Biz əslində istəyirdik ki, bütün komandaları nisbətən az xal fərqi ilə geridə qoyaq, amma bu gün komandamızın görüşündə qərarlaşdırdıq ki, sizi elə vəziyyətə salaq ki, birbaşa taksiyə minib Qəbələ hava limanına qaçasınız: ölkədən uzun müddətə çıxmaq üçün. Odur ki, Bakıdan çıxarkən xarici pasportunuzu da özünüzlə götürməyi unutmayın!

P.S. Sizin odunuz əjdaha alovu yox, maksimum çaxmaq daşlarından çıxan qığılcım ola bilər. İNKİŞAFdan geri qalmısız!

Yol göstərənlər
Yazıya başlamazdan əvvəl sizə bir gülməsiz lətifə danışmaq istəyirəm. Amma xahiş edirəm ki, ortasına çatanda “həə, eşitmişəm bunu, sora da bu belə olacaq, elə olacaq” deməyin və çalışın yalandan da olsa gülümsəyin: bu sizin yumor hissinizin olmasından xəbər verir.

Bir gün uzaq dağ kəndindən Bakıya gələn bir nəfər şəhərin ortasında bir polisin əlində uzun taxta ilə nəsə hərəkətlər etdiyini görür. Yaxınlaşıb həmin adamdan burda nə etdiyini soruşur, o isə cavab verir ki, sürücülərə yol göstərir. Bunu eşidən qonaq polisə deyir ki, “bu evindən çıxan köpəyoğlu bilmir ki, hara gedir, sən də ona yol göstərirsən?!”

İndi sözümün canı odur ki, insanın bir yol göstərəninin olması yaxşı haldır. Məsələn, o gün uşaqlarnan şəhərdə gəzəndə ağlıma gəldi ki, İELTS – dən writing-im zəifdir. Sonra əsəbləşdim ki, belə bir şey ağlıma gəlib. Daha sonra narahat oldum ki, belə bir şeyin ağlıma gəlməyinə əsəbləşmişəm. Sonra az qaldı gözlərim dolsun ki, belə bir şeyin ağlıma gəlməməsinə görə əsəbləşməyimə narahat oluram. Amma heç kim yol göstərmədi ki, “a bala, nədən zəifsənsə, get otur hazırlaş da!” Və beləcə imtahan günü gəlib yetişdi.

Amma hərdən yol göstərənlər də səhv yol göstərirlər. Məsələn, (hal – hazırda bu sözün dilimizdəki alternativi ağlıma gəlmir deyə olduğu kimi saxlayıram) o gün atam günorta evə gələndə dedi ki, “hava dəhşət küləklidi”. Mən: “Necə küləkdi? İsti ya soyuq? – deyə soruşdum. O isə cavabında “çox mundar küləkdi” – dedi. Düşündüm ki, görəsən “mundar külək” necə olur?! Xatırlamağa çalışdım ki, hansısa telekanalda aparıcı “bu gün Bakıda və Abşeron yarımadasında mundar külək əsəcək” ifadəsini eşitmişəmmi?! Qısası, (bizim el arasında buna “qaroçi”, rusların elinin arasında isə “karoçe” də deyirlər) mundar hava üçün nəzərdə tutulmuş heç bir paltarım olmadığına görə evdən lüt çıxdım…

Zarafat eləyirəm, lüt çıxmadım… Heç lüt də çölə çıxarlar??? Başımda papaq var idi.

Yeri gəlmişkən, mən atamdan hava barədə soruşanda “necədir” yox, “nətərdi” sözünü işlətmişdim. İctimaiyyət arasında olanda dilimizin bədii və ədəbi normalarına riayət etməyə çalışırıq, məişətdə isə sərbəst ləhcəyə üstünlük veririk. Yox, bu sünilik deyil. Bu sadəcə insanın öz dilinə olan hörmətindən xəbər verir.

Hə, onu deyirdim axı, hərdən yol göstərənlər adamı qorxudur da hətta. Məsələn, “20 yanvar” stansiyasında velotrek olan tərəfdə metroya girəndə, daha doğrusu, girmək istəyəndə adamı vahimə, türkün məsəli, basır. Elə bilirsən bu dəqiqə səni tutub zorla ya Sumqayıta, ya Masallıya, ya da hansısa bir rayonumuza aparacaqlar.

Yol göstərməkdən, məsləhət verməkdən danışdıqsa, mən də sizə bir məsləhət verim: lap əvvəldə xahiş etmişdim ki, lətifəni oxuduqdan sonra yalandan da olsa gülümsəyəsiniz… Əgər bunu etmədinizsə qayıdıb oxuyun və gülümsəyin. Əmin olun, peşman olmayacaqsınız.

Hə, qayıdaq mövzumuza…

Yol göstərmək əslində çətin bir işdir, cünki hərdən insanlar əslində nə istədiklərini bilmirlər. Məsələn, bir də görürsən avtobusda sərnişin sürücüyə deyir ki, “qabaqda saxlayın”. Nəzərə alsaq ki, o qabaq ən sonuncu dayanağa kimi uzana bilər, onda sürücünü başa düşmək çətin deyil. Ya da bəzi taksi sürücüləri “filan yerə neçə manata apararsan?” sualına “neçə verərsən, verərsən!” deyir. Mən də heçnə vermirəm, vermirəm…

Avtobusla bağlı daha bir fakt: tez – tez sərnişinlər sürücüyə qışqırır ki, “arxanı aç, görək!”. İndi yazıq sürücü nə başa düşsün, sənin məqsədini necə qiymətləndirsin?!

Hələ o gün biri “arxa qapını açın!” demək əvəzinə, “arxa DARVAZAnı açın!” dedi… Darvaza haa…

Bir ara arıqlamaqla bağlı problemim var idi. Bir dostum mənə yol göstərdi ki, facebookda bütün mənasız səhifələri unlike eliyim. Mən də özümə və fəaliyyət dairəmə aid olan və eləcə də bəzi səviyyəli yumoristik səhifələr istisna olmaqla, (aman Tanrım, mən bir filologiya Allahıyam!) bütün səhifələri unlike elədim. Doğurdan da irəliləyiş var.

Yaxşı yadıma düşdü: bir neçə gün öncə 6 aydan sonra ilk dəfə facebook çatı online etmişdim və elə o dəqiqə bir dostum mənə səhifə keçidi göndərib like etməyimi xahiş elədi. Mən “OK” dedim, amma like eləmədim (P.S. Yəqin indi oxuyur e bunu). İncimə, qardaşım, amma prinsipim belədi, eləməyəcəm.

Digər tərəfdən yol göstərənləri (bu söz birləşməsini yazmaqdan bezdim, deyəsən axırıncı dəfədir) də qınamalı deyil: olur ki, əvvəlcə kimdənsə nəsə xahiş edirsən. Sonra fikirləşirsən ki, birdən xahişə əməl etməzlər, məsləhət görürsən, yol göstərirsən (hell, bir də yazdım) ki, o işi görsünlər. Amma yenə də qulaq asmırlar sənə. Bax belə insanlar əslində özlərini super biri hesab edən, əllərindən heç nə gəlməyən, cəmiyyətə yararsız, özündənrazı, söz dinləməyən, paxıl, yalançı insanlardır…

Yeri gəlmişkən, lap əvvəldə yazdığım lətifəni oxuyanda yalandan da olsa gülümsədinizmi?

Sürünək!
Bir dəfə uşaq vaxtı rayonda olanda (rayonda böyüməmişəm ha, sadəcə yayda babamgilə istirahətə getmişdim) nənəmin çoxlu balaca cücələri vardı. Mən o cücələri yemləməyi xoşlayırdım, amma necə yem… Deməli torpağı nə iləsə qazırdım, ordan balaca qurdlar çıxırdı, sonra onları cücələrə işarə edirdim, onlar da gəlib qurdları yeyirdilər. Mən bundan həzz alırdım: əvvəla ona görə ki, uşaqlıqdan bəri dik yeriməyi xoşladığımdan tez – tez yıxılırdım və ona görə də sürünənlərə antipatiyam var idi. Onların yıxılma kimi bir dərdləri yox idi. İkinci səbəb isə elə birinci səbəbdir. Yəni ki, yoxdur, sadəcə iki nöqtədən sonra qurduğum cümlə daha effektli alınsın deyə “əvvəla” sözündən istifadə etdim, indi də etdiyim bu hərəkətin peşmançılığını çəkirəm. Əslində buna öyrəşmişəm, amma problem deyil, belə də yaşamaq olur. Ancaq cücələrin elə bir şansı olmadı: bir müddətdən sonra hamısı, məhşur məmurumuz demiş “bir – bir” ölməyə başladılar. Uşaq ağlımla düşündüm ki, onların ölməyinə səbəb mənim onlara yedirtdiyim qurdlardır. Beləcə cücələrin kütləvi soyqrımında özümü günahkar hesab elədim. Amma baba və nənə məni çox sevdikləri üçün (ümumiyyətlə, sevgi sarıdan uşaqlıqdan əziyyət çəkməmişəm, həmişə istədiyimdən də artığı olub) bu soyqrımda məni günahkar görmədilər.  Yəqin toyuqların televiziyasi hər gün məni pisləyən verlişlər verir, bəzi vətənpərvər xoruzlar çıxıb deyirlər ki, gün gələcək İlkindən intiqamımızı alacayıq, bu məsələni QAY – ın sammitində (Quşların Ali Yığıncağı) bir deputatlığa namizədimizin dediyi kimi, “beynəlxalq arendaya” çıxardırlar. Öz facebook – larında səhifə adminləri mənim şəkillərimi eybəcər hala salıb paylaşırlar və yazırlar ki, “bu insana nifrət edən 333 nəfər axtarırıq”. Toyuqlar dəqiq millətdilər, onlar hər şeyi konkret rəqəmlə ölçürlər. Amma əsas nənədir (baba rəhmətə gedib), nənə də qəbul eləyəsi deyil bu soyqrımı.

Soyqrım demişkən, o gün universitetdə bir müəllim girdi seminar dərsinə, uşaqların dərsi öyrənmədiyini görüb ucdantutma hamımıza 0 yazdı, getdi. Tək bir nəfərə 10 yazdı, və dedi ki, “ona 10 yazdım ki, siz baxıb həvəslənəsiz”. Həvəsdən az qalmışdıq müəllimi parçalayaq ki, “biz öyrənmək istəyirikkk”. Amma eşitdiyimə görə sonradan müəllimə Təhsil Nazirliyi və universitetmizin rəhbərliyi tərəfindən “Qəhrəmanlığa görə” medalı təqdim olunmuşdur. Eyni zamanda ona Hollywood – dan da təklif gəlib: Məhşur “Mişar” (Pila) filminin 8 – ci hissəsi üçün ssenari yazmasını xahiş ediblər.

Ssenari dedim yadıma düşdü ki, artıq neçə aydır ki, hekayə yazmıram. Ağlıma gələn ideyalar hamısı xoşbəxt sonluqla bitir deyə, əziyyət çəkib yazmıram: onsuz da maraqsız olacaq. Yəni əsas odur, mən bəyənim, oxuyanlar onsuz da bəyənəcəklər. Yox, hələ bir bəyənməsinlər də…! Tənqidi də ki, heç sevmirəm: fərqi yoxdur, sağlam tənqid oldu, ya soyuqdəyməsi olan. O gün bir qaqaş bloqda postuma şərh yazmışdı ki, “yaza bilmirsən, yazma daa!”. Mən o şərhi wordpressin mənə verdiyi yetkiyə dayanaraq (vay canına, amma da kapmışım türkceyi) şərhi özüm istədiyim kimi dəyişdim. Yaxşı elədim, əlimin içindən gəldi.

Yeri gəlmişkən, bu yazını təxminən yarım ay öncə yazmağa başlamışdım: bu müddət ərzində bir hekayə yazıb paylaşdım. Məncə maraqlı alındı.

İndi başa düşürəm ki, yazmağa sözüm qalmayıb. Gedim whatsapp’da fanatkalarımla danışım (hərrri məən).

Yaxşı, zarafat eliyirəm, onsuz da yazan yoxdu… 6-7 nəfərdən başqa.

Söz verirəm, bir də nə vaxtsa cücələrim olsa onlara sürünmək öyrədəcəm. Çünki bir – ikisi yeriyənlər tərəfindən məhv edilsə də, axırda qələbə mütləq onların olur. Qalib isə heç vaxt mühakimə olunmur!

Gəlirəm…!
Gözlərini qəfildən açdı. Öz otağında idi. Bir neçə dəqiqə kirimişcə tavana zilləndi. Yuxuda bərk tərləmişdi və indi təri soyuduqca üşüdüyünü hiss edirdi. Yenə eyni yuxu: düz 1 ay idi ki, hər gecə eyni səhnəciyi görürdü. Az qalırdı dəli olsun, dəhşətdən qəfil ayılırdı. Hər gecə 3 nəfərin onun üstünə gəldiyini görürdü. Heç birinin sifət cizgiləri görsənmirdi. Yalnızca gözləri var idi. Biri qadın olan iki nəfərdə bu gözlər bədənin üstündə gəlirdi, üçüncüdə isə heç bədən də yox idi, sadəcə 1 cüt göz idi. Ancaq Fərəcə elə gəlirdi ki, o bu gözləri tanıyır. Amma yadına sala bilmirdi. Gözlər Fərəcin üzərinə getdikcə o geri çəkilirdi və son anda yuxudan ayılırdı.

Atəşkəs elan olunmasından ay yarımdan bir qədər çox vaxt keçmişdi. Ayağını itirib yataq xəstəsinə çevrilsə də, yenə də ürəyində bir ümid qalırdı ki, tezliklə ermənilər geri çəkiləcək. Atəşkəs elan olunduqdan sonra isə, o, artıq polkovnik Səfərov yox, şikəst Fərəc idi. Hər gecə qorxulu yuxular görən şikəst.

Əlləri ilə çarpayıya dirsəklənib, qalxıb oturdu…

1991 – ci illərin sonu idi. Könüllü olaraq Ağdama gələrək, özünümüdafiə batalyonlarından birinə yazılmışdı. Əfqanıstandan yenicə qayıtdığı üçün döyüş vərdişlərini itirməmişdi. Gəldiyi günün axşamı siqaret çəkmək üçün kazarmadan çölə çıxdı. Soyuq havada bir nəfər əsgər dodaqaltı “Qarabağ şikəstəsi”ni zümzümə edirdi. Onun yaxınlaşdığını hiss edib susdu. Fərəc dilləndi:

– Spiçka var?

Gənc əsgər öz siqaretini Fərəcə uzatdı. Fərəc bir – iki qullab vurduqdan sonra siqareti alışdırdı və geri qaytardı. Hər ikisi sakit dayandılar. Bu dəfə sükutu əsgər pozdu:

– Deyirlər, Əfqanıstanda döyüşmüsən?!

- Hə, 2 il. Təzə gəlmişdim elə.

– Doymamısan vuruşmaqdan? – əsgər gülümsündü. Fərəc aydın gecədə onun tünd göy, mənalı gözlərinə baxdı.

– Otura bilmədim evdə. Camaat səngərdə can qoyur, mən də güllə səsinə öyrəşmiş adamam. Ona görə gəldim.

– Həə… Qaqa, sağol ki, gəlmisən, amma ehtiyac yoxuydu, biz öz torpağımızı özümüz də qoruya bilərik.

– Başa düşmədim… Biz bəyəm azərbaycanlı deyilik?

– Yox e, sən səhv başa düşdün. Yəni ki, Qarabağı qorumağa qarabağlılar bəs eliyər. Ermənilər elə təkcə ağdamlılardan it kimi qorxur. Bunun laçınlısı var, şuşalısı var. Erməni ala bilməz buraları.

– Bilmək olmaz. Bir də gördün Rusiyadan zaddan silah alıb soxuldular kəndlərə.

– Soxula bilməzlər, qaqa.

– Bəs birdən soxulsalar?

– Onda biz də onların anaların o məsələ eliyərik – əsgər dedi və şaqqanaq çəkib güldü. Sonradan Fərəc Nurlan adlı bu əsgəri öz oğlu qədər sevəcəkdi.

… Birtəhər çəliklərə söykənib ayağa qalxdı. Pəncərənin qarşısına gəlib dayandı. Aşağıya boylandı. Müxtəlif insanlar gəlib keçirdilər: bəziləri kədərli, bəzilər sevincli, bir hissəsi düşüncəli. Nəsə çatışmırdı və bu çatışmayan təkcə onun ayağı və uğrunda ayağını itirdiyi Vətən torpaqları deyildi. O özünü aldadılıb pulu verilməyən fahişə kimi hiss edirdi: bax bu idi onun içini parçalayan. Halbuki heç kim onu zorla səngərə göndərməmişdi, o özü gəlmişdi. O özü özünü bu odun alovun içinə atmışdı, çünki əmin idi ki, təcrübəsinin kimlərəsə xeyri dəyəcək. Onu bir dəfə “Vətəni” qorumaq üçün Əfqanıstana, o cəhənnəmə göndərmişdilər, o isə ordan əliboş qayıtmışdı. Qazandığı yalnız bir neçə medal və döyüş təcrübəsi idi. İndi o səhvini sığortalamaq üçün qazandığı təcrübəni bölüşməli idi. Onsuz da medallar bir işə yaramayan adi dəmir parçaları idi. Artıq mövcud olmayan bir ölkənin uğrunda qəhrəmanlığa görə verilən dəmir parçaları… O isə yeni ölkənin, yeni tarixin qəhrəmanı olmaq istəyirdi.

Eyvana çıxıb siqaret yandırdı…

1992 – ci il, mart ayının əvvəlləri… Xocalı faciəsi hər kəsi sarsıtmışdı. Məhv olmuş bir şəhərin sağ qalanları ilə meyidləri, hamısı eyni maşınlarda Ağdama axışırdılar. Vay – şivən səsləri Allaha qədər gedib çatırdı. O isə susurdu.

Martın 6 – sı Ayaz Mütəllibov istefa verdi. Qarabağda qızğın döyüşlər getdiyi bir vaxtda Bakıda hakimiyyət uğrunda daha qızğın müharibə gedirdi. Xalq Heydər Əliyevin gəlməsini tələb edir, Moskva Mütəllibovu yenidən prezident kimi qaytarmaq istəyir, Xalq Cəbhəsi isə digər tərəfdən hakimiyyətə can atırdı. Daha sonra isə Şuşa işğal olundu. Mayın 14 – ü Ayaz Mütəllibov yenidən hakimiyyətə qayıtdı. Xocalıda həlak olan 613 nəfər üçün isə bütün bu hadisələrin heç bir əhəmiyyəti qalmamışdı…

Ağdamın müdafiəsi uğrunda da mübarizə kəskinləşmişdi. Fərəci rota komandiri təyin etmişdilər.

Bir dəfə Fərəcin döyüşdüyü özünümüdafiə batalyonu xüsusi əməliyyat planı ilə ermənilərin mövqelərinə hücum etdi. Xeyli irəlilədikdən sonra bir meşədə ilişdilər. Bu vaxt yeni qüvvə ilə əks – hücuma keçən Erməni ordusu bizimkiləri geri çəkilməyə məcbur etdi. Düşmənin plandan əvvəlcədən xəbərdar olması artıq Fərəcə sirr deyildi. Mümkün qədər surətli şəkildə geri çəkilib tutduqları səngərlərdə möhkəmlənməyə çalışmalı idilər. Amma Fərəc və Nurlan meşədə azdılar. Sıx yarpaqları yara yara irəliləməyə çalışırdılar ki, birdən bir yekəpər erməni ilə düz burun buruna gəldilər. Bir saniyə içində hər üçü duruxdu, növbəti saniyədə isə erməni sərt yumruqla Nurlanı yerə sərələdi. Fərəcə ünvanlanan növbəti yumruq isə hədəfdən yayındı. Əvəzində polkovnik Səfərov düşmənin dizinə sərt ayaq zərbəsi endirdi. Erməni yerində səndələdi, bu vaxt Fərəc koburdan Makarov tipli tapançasını çıxartmaq istədi və qarnından çox güclü yumruq zərbəsi aldı. Daha sonra sifət nahiyəsindən daha iki zərbə də aldı və yerə oturdu. Erməni axsaya – axsaya bir qədər geri çəkildi və sakit şəkildə silahını çıxardı. O artıq qələbəsindən əmin idi: bir güllə və rəqib artıq meyiddir. Fərəc birtəhər ayağa qalxdı. Erməni silahı ona tuşlayıb dayanmışdı. Siçan tutmuş pişik kimi öz qələbəsindən bir qədər həzz almaq istəyirdi sanki. Elə bu vaxt bərk qışqırtı səsi eşidildi. Erməninin fikri bir saniyəlik bayaq Nurlanın yıxıldığı yerə yönəldi. Hətta silah olan əlini də qeyri – ixtiyari refleks olaraq sağa doğru yönəltdi və bu 1 saniyə kifayət elədi ki, Fərəc silahı koburdan çıxartsın və atəş açsın… Erməni düz alnının ortasından aldığı güllə yarasından yerindəcə keçindi. Fərəc isə onun həyatını xilas edən cavan oğlanı qucaqladı və bəlkə də uzun illərdən bəri ilk dəfə gözləri doldu.

Həmin gün onu daha bir surpriz gözləyirdi. Öz hərbi hissələrinə qayıtdıqda yeni gələn əsgərlər sırasında 18 yaşı yenicə tamam olmuş qardaşı oğlunu gördü. Sifəti bərk əzildiyi üçün onun gözünə görsənmək istəmədi: istəmədi ki oğlan öz əmisin bu vəziyətdə görüb qorxsun.

… Həmişə o səhnə yadına düşəndə bədənindən bir üşütmə keçirdi sanki. İndi də elə oldu. Mətbəxə keçib çay qoydu.

Ölkədə siyasi vəziyyət isə getdikcə ağırlaşırdı. Mütəllibovun yenidən prezidentliyə qayıtmasına etiraz edən AXC rəhbərləri cəbhədəki qoşunlarını geri çağırdılar və hücum edərək Parlament binasını və Prezident sarayını ələ keçirdilər. Ölkədəki çaxnaşmadan istifadə edən Erməni hərbi hissələri Laçını işğal etdilər.

1992 – ci il iyunun 7 – də Əbülfəz Elçibəy Prezident seçildi.

AXC hakimiyyətə gəldikdən sonra iyun ayında Elçibəyin vahid komandanlıq yaradılması barədə fərmanı müharibənin o dövr üçün gedişində əhəmiyyətli rol oynadı. Ağdərə və Xocavənd döyüşlərində ordumuz düşmənə ağır zərbələr vurdu. Həmin döyüşlərdən biri Fərəc Səfərovun həyatında heç zaman unuda bilməyəcəyi bir zərbə ilə yadda qaldı…

Bir neçə uğurlu əməliyyat planından sonra düşmən xeyli geri çəkilmişdi. Artıq əməliyyatlarının uğurunun sirri də açılmışdı: maksimum dərəcədə gizlilik. Nəticədə düşmən qəfil zərbələr alır və pərən – pərən düşürdü. Bəzi yerlərdə isə yaxşı təşkilatlanmış orduya rast gələndə olduqca ağır döyüşlər gedirdi. Belə döyüşlərin birində Nurlanla Fərəc yenə çiyin çiyinə dayanmışdılar və onlara Fərəcin qardaşı oğlu Mirfariz də qoşulmuşdu. Mirfariz ilk döyüşlərdə bir qədər inamsız görsənsə də təcrübəsi artdıqca daha da soyuqqanlı olurdu. Səfərov ön qanından olan bu oğlanla fəxr edirdi və onu göz bəbəyi kimi qorumağa çalışırdı. Hərdən hiss edirdi ki, bəzi çətin nöqtələrə onun getməsini istəmir, öz döyüşçüləri arasında ayrı – seçkilik salır. Ancaq özü ilə də bacara bilmirdi. Mirfariz ona öz övladı kimi idi. Ancaq bu müharibədir və onun sərt qanunları ilə barışmaq lazımdır.

Döyüşün qızğın yerində bizim ordunun bir əsgəri tutduğu mövqedə güllə yarası alaraq şəhid oldu. Bu an Mirfariz Fərəcin etirazlarına baxmayaraq həmin mövqeyə qaçmağa çalışdı… Azacıq ehtiyyatsızlıq və birdən…

Fərəc o qədər güllə səsi içində bu güllənin səsini sanki xüsusi bir avazla eşitdi. Sonradan da uzun müddət bu səs onun qulaqlarında cingildədi. Geri çönəndə Mirfarizin kürəyində ürək nahiyəsində qırmızı bir nöqtə gördü və bir neçə saniyə sonra həmin nöqtə getdikcə böyüdü, sanki daha böyük ərazilər fəth etdi. Mirfariz sadəcə geriyə çöndü və dizi üstə çökdü… Bu an onların baxışları toqquşdu. Fərəc 18 yaşlı qardaşı oğlunun gözlərində bir neçə saniyədən sonra tamamilə sönəcək son həyat işartılarını gördü. Bu baxışlar ona heç nə demirdi: nə kömək istəyirdi, nə qınayırdı, nə yalvarırdı… Heç bir şey. Və Fərəcin sanki ürəyinin dərinliyinə işlədi bu lal baxışlar. Orda nələrsə qırıldı, parçalandı. O, ilk dəfə deyildi ki, ölüm görürdü. Amma həyatında heç vaxt ölən bir insanın belə lal baxışları ilə toqquşmamışdı.

Mirfariz sifəti üstə torpağa sərələndi.

… Əlindəki stəkan yerə düşüb çilik – çilik oldu. Birtəhər stula oturdu. Həmin gün orada sonradan nələrin baş verdiyini xatırlamırdı. Sadəcə o yadındandır ki, çiynindən yaralanmışdı və onu xərəkdə qospitala aparırdılar…

Bədbəxtlik gələndə qollu – budaqlı gəlir…

Fərəc yarasına görə qardaşı oğlunun yas mərasimində iştirak edə bilmədi. Amma sağalan kimi Bakıya daha bir itkini qarşılamaq üçün getdi: anasının yasına…

Yeganə nəvəsinin ölümünə tab gətirmədi yazıq arvad. Mirfarizin 7 – i yenicə çıxmışdı ki, onun da ürəyi partladı. Fərəc artıq Bakıya robot kimi gəlmişdi: tamamilə hissiyatsız və düşüncəsiz bir şəkildə. O sanki bir vakuumun içində idi, nə baş verdiyini anlamırdı.

Məhəllələrinə çatanda qurulan mağarı gördü. Ora yaxınlaşdıqca ətrafdakı insanlar yaxın gəlib, onunla salamlaşıb baş sağlığı verməyə çalışırdılar. Ancaq o heç nə eşitmirdi. Mağara daxil olan kimi gözünə ilk sataşan anasının yuxarıdan asılmış şəkli oldu… Və bu an ayıldı sanki. Nəfəsini qeyri – ixtiyari saxlayaraq düz qadının şəkildəki gözlərinə baxdı. Ona elə gəldi ki, anası gözlərini ona zilləyib, məzəmmət edir. Fərəc yerində qurudu. Anası isə “baxışları ilə onunla hesab çəkirdi”. “Hanı mənim Mirfarizim?” – soruşurdu, “axı necə icazə verdin ki, onu vursunlar?!”.

Mağardan çıxıb ordan uzaqlaşdı. Hara getdiyini bilmədən hərəkət edirdi. Gəlib heç kimin olmadığı köhnə bir parka çatdı. Skamyada oturdu və ağladı… Əvvəlcə yavaş yavaş, sonra isə hönkürtü ilə. Müharibə, od – alov ona təsir edə bilmədi, amma yaxınlarının ölümü onu sındırdı. İndi uğrunda yaşayacağı və öləcəyi yeganə bir doğması qalmışdı: VƏTƏN TORPAQLARI…

Anasının üçünü verdikdən sonra yenidən Ağdama qayıdıb döyüşlərə qoşuldu. Uğurlu döyüşlər seriyası 1993 – cü ilin yazına qədər davam etdi, yazda isə vəziyyət yenidən dəyişdi. Apreldə Kəlbəcər işğal olundu. Ordu daxilində satqınların sayı artmışdı. Bir dəfə digər bir rota komandiri guya əməliyyat planı hazırlayıb hücuma keçmək istədi. 30 nəfər əsgər seçildi. Fərəcin daxilində bir səs burada nəyinsə düzgün olmadığını deyirdi. Əvvəla ona görə ki, bu plan təcrübəli bir rota komandiri üçün çox sadə idi. İkincisi ona görə ki, 30 nəfərlə bunu reallaşdırmaq bir qədər qeyri – real idi. Fərəc bir gün öncə həmin rota komandirinin yanına gedib onunla danışmağa çalışdı, amma heç bir xeyri olmadı. Səhər ala – qaranlıqda hələ də onları nəyin gözlədiyini bilməyən, Vətəni qorumaq üçün canından keçməyə hazır olan 30 nəfər əsgər yola düşdülər…

2 gündən sonra geriyə cəmi 7 nəfər qayıtdı: 1 rota komandiri və 6 yaralı əsgər…

Həmin günün axşamı rota komandirinin boğazı kəsilmiş meyidini tualetdə tapdılar… Fərəcin hərbi formasının üstündəki qan ləkələrinə isə heç kim fikir vermədi.

1993 – cü ilin yayı ağır keçdi. Rusiyadan hərbi dəstək alan Erməni hərbi birləşmələri 3 ay ərzində 5 rayonumuzu işğal etdilər. Davamlı məğlubiyyət bütün döyüşçüləri sarsıtmışdı. Ağdamın işğalından sonra Nurlan sanki həyatdan küsmüşdü. Fərəc ona ürək – dirək verməyə çalışır, inandırırdı ki, tezliklə hər şey yoluna düşəcək, bütün torpaqları geri qaytaracaqlar. Nurlan ona artıq doğma bir insana çevrilmişdi.

Zəngilan uğrunda döyüşlərdə ordumuz böyük itkilər verdi. Düşmənin texnikası ilə bacarmaq demək olar ki, mümkün deyildi.

1 həftəlik yuxusuzluqdan sonra Fərəc təsadüfən oturduğu stuldaca yuxuya getdi. Və qəribə bir yuxu gördü…

Gördü ki, parkda gəzirlər. Anası, Mirfariz, 1 nəfər balaca uşaq və o. Uşağı əvvəlcə tanımadı. Sonra nə baş verdisə onun Nurlan olduğunu bildi. Beləcə şən, deyib gülərək park boyu gəzirdilər. Bu vaxt hər yeri şüşə olan bir binanın qabağına çatdılar. Şüşədə ancaq Fərəcin əksi görünürdü. O nə qədər baxsa da, nə anasını, nə Mirfarizi, nə də Nurlanı gördü.

Yuxudan ayılanda dan yeri yenicə sökülürdü. Kazarmadan çölə çıxıb ətrafa baxdı. Bu gün olacaqlardan xəbəri yox idi hələ…

Zirehli texnikadan atılan güllələr qulaq batırırdı. Döyüşçülər güllə yağışı altında qorunmağa çalışırdılar. Fərəc Nurlana əmr verdi ki, səngərdən başını çox qaldırmasın. Nurlan isə ona əhəmiyyət verməyərək başını açıq aşkar güllə qarşısına qoyaraq atəş açırdı. Fərəc sürünərək ona yanına gəldi və əmrlərini qışqıraraq verib öz mövqeyinə doğru geri qayıtmaq istədi…

Bu an sanki hər tərəf qaraldı. Düz yanlarına düşən qrad mərmisi torpağı sanki yerindən oynatdı və Fərəci qaldıraraq bir neçə metr uzağa tulladı. Toz – torpaq yatan kimi ayağı nahiyəsində bərk ağrıya fikir verməyərək gözləri ilə Nurlanı axtardı. Əvəzində gördüyü isə sadəcə gövdəsindən qopub düşmüş baş oldu… Nurlanın başı. Fərəc bir neçə saniyə dəhşətlə gözləri açıq qalmış bu başa baxdı. Gözlər sanki hələ də canlıymış kimi onunla söhbət edirdilər. Daha sonra isə ağrıdan huşunu itirdi.

Gözünü Bakıda xəstəxana açdı. Ətrafında 2 nəfər əsgər yoldaşı vardı. Uzun müddət danışmadı…

Xəstəxanadan evə əlil arabasında getdi…

1994 – cü il, mayın 12 – də Azərbaycanla Ermənistan arasında atəşkəs elan olunması ilə bağlı “Bişkek protokolu” qüvvəyə mindi.

… Ayağındakı yarasının yeri göynədi. Başı gicəllənirdi. Bütün bədənində bərk ağrı baş qaldırdı. Güzgünün qabağına gəldi. Diqqətlə öz əksinə baxdı…

Birdən güzgüdəki əksi yoxa çıxdı. Əvəzində ona güzgüdən 3 cüt göz baxırdı. Bu dəfə o gözlərin sahiblərinin əksi də görsəndi güzgüdə və Fərəc onları tanıdı: Mirfariz, anası və Nurlan. Ürəyi bərk çırpınmağa başladı. Alınmırdı artıq… Bacarmırdı… Yaşamaq üçün nəyi qalmışdı ki? Nəyə yarayırdı bundan sonra? O, keçmiş polkovnik, Əfqanıstan və Qarabağ müharibələrinin qəhrəmanı, indi heç nəyə yaramayan, heç kimə lazım olmayan bir varlıq idi.

Nə vaxtsa özünüzə sual vermisiniz ki, nə üçün yaşayırsız? Əgər vermisinizsə, cavab tapmısınızmı? Bəs əgər tapmısınızsa, heç düşünmüsünüz ki, əgər bir gün uğrunda yaşadığınız hər şeyi itirsəniz, nə edəcəksiniz?

İnsan çox vaxt nəyisə qazanmaq üçün nəyisə qurban verməli olur. Başqa cür mümkün deyil. Çünki ancaq SEÇİLMİŞ insanlar həyatlarının sonuna qədər ancaq qazana bilərlər. Amma hətta həmin insanlar üçün də elə bir vaxt gəlir ki, onlar əslində o ana kimi nələri itirdiklərini, nələri qaçırdıqlarını dərk edirlər. Xoşbəxt o insandır ki, itirərək qazandığı həmin o itirdiklərinə dəyir… Fərəc isə çox şey itirmişdi. Anasını, ailəsini, dostunu, qardaşı oğlunu, ailəsini, ayağını… və bütün bunlardan vaz keçmə səbəbi olan torpaqları da itirmişdi. Bəlkə də şikəst olmasaydı, stimulu qalardı, yenidən nə vaxtsa səfərbərlik elan olunacağı günü gözləyərdi. Amma indi hətta o gün gəlsə belə, o yenə də hadisələri kənardan izləməli olacaqdı. Və o vaxta kimi daima yuxusuna 3 cüt göz girəcəkdi. O geriyə addımlar ataraq onlardan xilas olmağa çalışacaqdı və qəfildən tər içində yuxudan ayılacaqdı. Bir gün isə ayılma gec baş verəcəkdi və o arxa – arxaya gedə gedə bir divara ilişəcəkdi. Bu vaxt isə həmin gözlər ona çatacaqdılar…

… Təraş ləvazimatların stolun üstünə yığdı və diqqətli şəkildə təraş olundu. Sonra isə hərbi formasını qardirobdan götürüb ütülədi və sanki Müdafiə Nazirliyinə qəbula gedəcəkmiş kimi geyinib kecindi. Əfqanıstan və Qarabağ müharibələrindən yadigar qalan bütün orden və medalları taxdı və yenidən güzgünün qabağına qayıtdı. Bayaqkı 3 cüt göz hələ də ona baxırdılar və indi sanki gülümsəyirdilər. Bayaq formanı geyinərkən cibinə qoyduğu tapançanı çıxartdı. Gülümsədi. Bu həmin silah idi ki, onunla meşədə ermənini düz alnından vurmuşdu. Başını qaldırıb güzgüdə yenə özünü gördü…

… Füzuli kücəsində yerləşən binada mənzillərdən biri polis zabitləri və qonşularla dolmuşdu. Polislər qonşuları birtəhər çölə çıxardılar ki, işləməyə mane olmasınlar.

Özünü gicgahından güllə ilə vuran adamın şəxsiyyət vəsiqəsini əynindəki hərbi formanın cibindən tapdılar. Stolun üstündə isə kiçik kağız parçasında bircə kəlmə söz yazılmışdı: GƏLİRƏM!

Səni gözləyirəm… (c) Seyidzadə İlkanə
Salam ana. Necəsən? Mən yaxşı deyiləm ana. Bura uşaq evi deyirlər. Burada çoxlu uşaqlar, müəllimələr var. Ancaq sənin yanında daha yaxşı idim. Bilirəm, sən özün məni bura qoymusan ki, uşaqlarla oynayım, çoxlu dostlarım olsun. Ana, mən sənin yanında daha xoşbəxt idim. Düzdü, burada müəllimələr mənimlə çox mehribandılar. Onlar sənin kimi məni döymürlər. Yadına gəlir, mən bir dəfə sənin telefonunu götürmüşdüm ki, atama zəng vurum. Sən çox əsəbləşdin, qaşığı qızdırıb mənim əlimə basdın. Amma nə olsun ki, məni çox istəyirdin deyə elə etmişdin də. Günah məndə idi ki, sənin telefonuna əl vururdum. Axı atam mənə öyrətmişdi ki, başqalarının əşyalarına əl vurmaq olmaz. Bilirsən, mən hər gecə yatanda əlimin üstündəki o yaranın izlərini öpürəm. Səni görmürəm ki öpüm. Əlimi öpəndə elə bil səni öpürəm. Çox darıxmışam ana, çox darıxmışam…

Bir gün atam evin ortasında uzanmışdı. Üstünə ağ parça salmışdılar. Onda nənəm, bibim, hamı, ağlayırdı. Ancaq sən ağlamırdın. Mən nənəmdən soruşdum ki, “ niyə atam yerdə uzanıb, siz niyə ağlayırsınız?” O demişdi ki,- Atan Allah babanın yanına getdi”. Sən ağlamırdın deyə mən də ağlamırdım. Mən hələ də başa düşmürəm ki, axı niyə onlar ağlayırdı? Niyə o gündən sonra atamı görmədim? Niyə siz imkan verdiniz ki, dayılar onu çiyinlərində aparsınlar?…

Ana, bilirsən, mən burda saymağı, ayların, həftənin günlərinin adını öyrənmişəm. Mən bilirəm, artıq 6 yaşım var. Mən artıq 421 gündür ki, burdayam. Bax yazmağı da öyrənmişəm. Sənə 12-ci məktubumdu yazıram. Bilirəm, məktublarımı hər gün oxuyub öpürsən. Mən də bütün məktubları öpüb göndərirəm sənə. Bilirəm ki, bütün məktublarıma cavab yazırsan. Ancaq müəllimələr paxıllıq edib vermirlər mənə o məktubları. Nədənsə ancaq mənim məktublarımı vermirlər. Başqa uşaqlara gələn məktubları gətirirlər. Ana, sən pis olma. Verməsinlər heç, onsuz da yaxınlarda görüşəcəyik…

Ana, bilirsən, nə yadıma düşür? Atam gedəndən sonra evimizə bir yekə kişi gəlmişdi. Yekə qarnı, bığları var idi. Gələn kimi sən onu qucaqladın. Heç vaxt məni elə qucaqlamamışdın. O sənin nəyin idi? Atan idi hə? Çünki  mən də atam həmişə evə gələndə tez qaçıb elə boynunu qucaqlayardım. Sonra siz gülə- gülə əvvəllər atam, sən, mən – üçümüzün yatdığımız otağa girdiniz. Sən gülürdün. Mən onda elə sevinirdim ki. Çünki  sən o dayı bizə gəlməyəndə elə gülmürdün. Sonra o dayı hər gecə gəlməyə başladı. Həmin gündən nənəm də bizə gəlmədi. Onda mənim o dayıdan zəhləm getməyə başladı. Çünki o, siz girdiyiniz otağın qapısını bağlayırdı, mən qonaq otağında tək qalırdım. Divanda  yatmalı olurdum. Bilirəm, onu da məni  çox istədiyinə görə etmişdin. Çünki atam bizlə qalanda mən həmişə istəyirdim ki, divanda yatım, atam icazə vermirdi. Sizin yanınızda yatırdım. Ancaq o dayı gələndən sonra sən mənim ən çox sevdiyim yerdə yatmağım üçün qapını bağladın, mən divanda yatdım. Həmin gün səni daha çox istəmişdim. Çünki məni çox sevdiyin üçün elə etmişdin. Ancaq ora xoşuma gəlmədi. Çünki başımın altında balış yox idi, üstümdə də heçnə yox idi. Çox üşümüşdüm ana… Həmin gecə ağlaya- ağlaya gəlib siz yatan otağın qapısını döydüm ki, ana, icazə ver gəlim səninlə yatım, bura çox soyuqdu. Sən qışqırdın ki, – “Cəhənəm ol divanda yat” Bilirəm məni cəzaladırırdın. Axı əvvəllər divanda yatmaq üçün çox ağlamışdım. Günah məndə idi. Sən mənim daha yaxşı, ağıllı uşaq olmağım üçün çalışırdın. Həmin gündən mən divanda yatmağa məcbur oldum. Ana, sənə bir şey deyim: Ora çox narhat idi, belimə taxtalar batırdı. Özüm sənə demirdim. Çünki desəydim, narahat olacaqdın, deyəcəkdin ki, pulumuz yoxdu divan almağa. Ona görə deməmişdim. Amma o dayının pulu çox idi. Desəydin bəlkə alardı bizim üçün. Axı o hər gün sənə təzə nəsə alırdı…

Ana, yadına gəlir, bir gün bir qadın gəlmişdi bizə. Kök qadın idi. Qapını açan kimi cumdu sənin üstünə, saçından tutub qışqırdı ki, – “Həyasız, tərbiyəsiz əl çək kişimdən. Ay camaat bu tərbiyəsizi, pozğunu qovun buradan”. Mən onda çox qorxmuşdum, həm də ağlamışdım. Gedib arvadın ayağını dişlədim ki, sənin saçını buraxsın. Bağışla ana, o vaxt səni onun əlimdən almağa gücüm çatmadı. Ana, o qadın niyə sənin üstünə qışqırırdı? Onun nəyini oğurlamışdın? Bilirəm, onu da mənim xoşbəxtliyim üçün  oğurlamışdın. Həmişə mənim xoşbəxtliyim üçün çalışmışdın…

Həmin gecə bizi evdən qovdular. Sən kiməsə zəng vurdun. Yenə o yekaqarın kişi hündür maşını ilə gəldi, bizi bir evə apardı. Çox yekə ev idi. Lap restoran kimi idi. İçində pilləkanlar da var idi. Mən ömrümdə elə qəşəng ev görməmişdim. Hər gün sən təzə paltar geyinirdin. Bilirəm, başqalarından pul alırdın, mən səni qəşəng görüm deyə elə geyinirdin. Ancaq mənə almırdın. Çünki qorxurdun ki, təzə paltar geyinib daha çox istəyərəm, sənin də pulun çatmaz, pis olarsan. Düz edirdin ana. Bilirəm, sən məni çox sevirsən…

O evin hər tərəfini görə bilmədim mən. Hər gün bir otağa girib baxırdım ki, gec qurtarsın. Hələ ikinci mərtəbənin otaqlarının hamısına baxa bilməmişdim. Sən bir gün məni tezdən oyatdın. Dedin ki “ Dur, geyin, gedirik” Soruşdum “hara?”  Dedin “cəhənnəmə” Mən əvvəllər heç cəhənnəmdə olmamışdım. Bilmirdim necə yerdi. Ona görə çox sevinirdim. Maşına mindik, o yekəqarın dayı bizi indi qaldığım binanın yanına gətirdi. Böyük müəllimə ilə nəsə danışdın. O səni nəyəsə məcbur edirdi. Sən isə “Yox, cəhənnəm olsun, mən uşaq saxlayacaq halda deyiləm.Götürün bunu”,- dedin. Müəllimə soruşdu ki,-  “ Gələcəksiniz uşağın yanına?” Dedin “Yox! ” və maşına tərəf qaçdın. Mən də sənin arxanca qaçdım. Ancaq sən artıq maşına minmişdin. Çox sürətlə sürdü, mən nə qədər qaçsam da çata bilmədim. Arxadan gələn müəllimələr məni tutdu. Mən bilirəm, sən o müəlliməyə yox deyəndə zarafat etmişdin. Hələ də zarafat edirsən mənimlə. Gəlmirsən. Burdakı uşaqların çoxunun anası pisdi. Bilirsən niyə? Çünki onlar heç uşaqları ilə zarafat etmirlər. Hər bazar günü gəlib uşaqları ilə görüşürlər. Sənsə yox…Ana, daha bəsdi, zarafat etməyək. Sənin üçün çox darıxmışam. Atam bizimlə qalanda olduğu kimi hər ikinizi qucaqlayıb yatmaq üçün çox darıxmışam…Gəl…

2 həftədir atamı hər gün yuxumda görürəm. Gəlib əlimdən tutur, sonra parka gedirik. Əvvəllər olduğu kimi… Ancaq sən olmursan yuxumda. Atam yuxuda mənə dedi ki,-“Anan səni atıb”…  Ana, atam da mənimlə zarafat edir. Sən axı məni atmamısan, pullanan kimi gəlib məni aparacaqsan. Ona görə hər gecə uşaqlar yatandan sonra çıxıb çöldə səni gözləyirəm. Dünən də yenə çıxıb yağışın altında gözlədim, gözlədim, gözlədim… Ancaq yenə gəlmədin. Yəqin hava çox soyuq idi deyə gələ bilmədin. Yoxsa gələrdin. Axı sən məni çox sevirsən…

Dünən gecə atam yenə yuxuma gəldi. Ağ paltar geyinmişdi. Elini mənə tərəf uzatdı, dedi ki,-“Gedək qızım, sənə burada yer yoxdu, gedək mənimlə” Əlindən tutdum. Ancaq həmin dəqiqə oyandım. Başımın üstündə çoxlu adam var idi. Müəlliməm ağlayırdı. Bir ağ xalatlı xala gözlərimin içinə işıq salıb baxdı. Biraz sənə oxşayırdı. Düzü, üzünə yaxşı baxa bilmədim. Gözüm dumanlı görürdü. Qulağım da yaxşı eşitmirdi, bütün səslər qarışmışdı bir- birinə. O xala mənə iynə vurdu. Bədənim keyimişdi. Yanında kiməsə dedi ki,- “ çox gec gətiribsiniz xəstəxanaya. Yağışın altında dayanıb, sümüklərinə qədər islanıb. Ağciyərləri şişib. Əlimizdən heçnə gəlməz daha. İnanmıram ki, xilas edə bilək. Allahdan ümid kəsilməz”… Sonrasını bilmirəm…

Ana, atam yenə gəlib yanıma. Deyir “ Gedək mənimlə” Onunla gedirəm. Bilirəm, pullanan kimi gəlib məni aparacaqsan…Səni gözləyirəm…AXI SƏN MƏNİ ÇOX SEVİRSƏN…

Di dağılışın!!!…
Bu gün özümün də gözləmədiyim halda çox yaxşı qiymət aldığım imtahandan çıxdıqdan sonra yadıma uşaq vaxtı çoxlarının yaxşı bildiyi bir lətifədən cəsarətlənərək etdiyim bir hərəkət düşdü: təxminən 10 – cu sinifdə oxuyardım. Nömrəsi hələ də telefonumun yaddaşında olan dostlarımdan biri ilə (o vaxtdan bəri dostluq münasibətimi qoruyub saxladığım adamları saymaq üçün bir əlin bir neçə barmağı bəs edər) bir marketə girdik. Pəzəvəng satıcıya yaxınlaşıb “sizdə pampers var?” sualını verdim. O deyəndə ki, “hə, var”, soruşdum ki, “bəs satışda var?”. Bəxtim onda gətirdi ki, bir qolu mən boyda olan satıcı oğlanın intellektual səviyyəsi və yumor hissi o qədər də güclü inkişaf etməmişdi və mən pampers əvəzinə 2 dənə çöplü sok alıb çöplədə – çöplədə marketdən çıxdım.

İndi düşünə bilərsiz ki, bu hadisənin imtahanla nə əlaqəsi var axı?! Əslində mənim də məqsədim sizi düşünməyə vadar eləməkdir, çünki son vaxtlar ətrafda düşüncəsiz insanlar çoxalıb. Bizim gəncliyin ümumi şəkildə səviyyəsini müəyyən etmək üçün facebook sosial şəbəkəsini açıb, ordakı səhifələrə baxmaq kifayətdir: gülməsiz (“gülməli” sözünün antonimi) statuslar, like dilənməklər filan.

Artıq sayəmdə düşünmə qabiliyyətiniz inkişaf etdiyi üçün, yenə də düşünə bilərsiz ki, durduğum yerdə bu nə söhbətlərdi mən eləyirəm?! OK, izah eləyim.

Bugün imtahandan çıxdıqdan sonra qrup yoldaşlarım Elçin və Rəşidlə biraz gəzişdik qarlı havada. Fəvvarələr meydanında, artıq insanlardan bezmiş, bir gün dilə gəlib hamımızı söyəcək olan, qiyamət günündə onun başına gətirdiyimiz əzablara görə cavab verəcəyimiz çətirli qız heykəlciyinin qabağından keçərkən gördük ki, 4 nəfər qaqaş tanımadığı qızlara qartopu atır. Qızlar əsəbləşib bunları söyəndə isə arsız arsız gülüb onlara çox da anlaşıqlı olmayan bir ləhcədə cavab qaytarırdılar. Və biz də diskusiya edib belə qərara gəldik ki, Bakı heç də çoxlarının təsvir elədiyi kimi müasir şəhər deyil. Bakı sadəcə və sadəcə müasir bəzəklərlə bəzədilmiş bir dağ kəndidi. Eyni davranışlar, eyni düşüncə tərzi, eyni insanlar… Ancaq düşündük ki, hələ heç də hər şey itirilməyib, hələ də vəziyyəti xilas etmək olar. Mənim “necə?” sualını isə, başının bir qədər iri ölçülərinə görə kreativ ideyalara malik dostum Elçin cavablandırdı. Dedi ki, şəhərin girəcəyində (söhbət Biləcəridən gedir) IHoSQ Control (Is He or She Qj?) aparatı quraşdırılsın. Şəhərə gələnlər yalnız bu aparatdan keçdikdən sonra şəhərə buraxılsın. Soruşdum ki, bəs artıq şəhərə yoxlanışsız buraxılmış insanları necə detect edək? Bu suala başı Elçinin başından bir qədər balaca olsa da, çox gözəl analiz etmək qabiliyyətinə malik olan Rəşid cavab verdi. Dedi ki, elələrini tanımaq çox asandı: onların başları kvadrat formada olur, saçlarının qabağında 3 dənə çolka sallanır və onlar metroda “qaqa, pulun çatıf, düşərsən” və ya “metronun təkəri partdasa qalajıyıx belə” və s. bu kimi zarafatlar edirlər. Amma sonradan qərara gəldik ki, insanları xarici görünüşü və zarafatlarına görə judge etmək olmaz. Çünki, məsələn, mən Azərbaycanda elə bir gənc tanımıram ki, metro İçərişəhər metrosuna çatdıqda, dispetçerin “ … Hörmətli sərnişinlər, vaqonlardan düşərkən əşyalarınızı götürməyi unutmayın!” ifadəsindən sonra yanındakı dostuna “yaxşı ki, dispetçer dedi, yoxsa yadımnan çıxıb qalacaqdın burda” deməsin.

Ümumiyyətlə, biz üçümüz bir yerə düşəndə çox qlobal mövzular barədə baş sındırırıq. Məsələn, Fransa senatının qondarma erməni soyqrımını qəbul etməsi, İsrailin Qəzzada törətdiyi qırğınlar və s. Bütün bunların bizə heç aidiyyatı yoxdur. Biz daha ciddi məsələlərlə maraqlanırıq. Məsələn, o gün öz aramızda müzakirə elədik ki, oğlanların necə qızlardan xoşu gəlmir. Aydın oldu ki, 3 – müz üçün də ortaq olan 2 point var: 1. Küçədə yüksək səslə gülən qızlar; 2. Dönər yeyən qızlar. Bəli, bəli, elədir. Yaraşmır da qıza dönər yemək. Hərdən oğlanlar deyir e, “mənə evlənəcəyim qızın keçmişin bilmək çox vacibdir”. Bax, həmin keçmiş də bundan ibarətdir. Yəni araşdırırlar görək o qız keçmişdə dönər yeyibmi, yoxsa yeməyibmi…

Bu yazını oxuduqdan sonra hansısa qızın dönərdən imtina etdiyini eşitsəm çox sevinərəm. Daha doğrusu sevinərik. Mən, Rəşid və Elçin. Çünki qorxuruq ki, evlənməyə qız tapmayacayıq, bu lənətə gəlmiş dönər ucbatından. (Bu cümləni facebook’da yazsaydım sonunda mütləq bir kədərli smaylik qoyardım, amma bloqda o biraz yersiz görsənir).

İndi əgər düşünürsünzsə ki, o IHoSQ Control aparatından elə ilk olaraq biz 3 – müz keçməliyik, sizi təbrik edirəm: axır ki, düşünmək qabiliyyətiniz tam şəkildə bərpa olundu.

Di dağılışın!

Sürpriz məktub… (c) İlkanə Seyidzadə
Həyəcanlıydı… Yata bilmirdi… Bütün gecəni yerində uzanıb gözlərini tavana zilləmişdi. Verdiyi qərarı düşünürdü. Anası onun Fəridə qoşulub qaçdığını biləndə nə edəcəkdi?… Yəqin ki, ağlayacaqdı. Başqa əlindən nə gəlirdi ki… Qardaşı əsəbləşəcək, evdə hər şeyi bir-birinə qatacaq, siqareti siqaretə calayıb anasının üstünə cumacaq, “Sən qudurtdun qızını, sənə neçə dəfə dedim ki, ona nəzarət elə… Mən səhər gedib axşam gəlirəm, xəbərim olmur, bəs sən hara baxırdın? Papağımızı soxdu yerə! Öl ay Tərlan öl, bacın qoşulub qaçdı…” deyəcək. Anası da heç nə demədən elə hey susaraq ağlayacaq… Arada da “Allah məni öldürsün, bu nə gün idi mən düşdüm, ay Allah, mənim günahım nə idi ki, bu qız belə tərbiyəsiz oldu” – deyib ağlayacaq..

O, bu  səhnələri kino lenti kimi gözünün önündən keçirtdi. Özü də hiss etmədən  gözlərindən axan yaş damlaları balışını islatdı. Sabah o sevdiyi insana qovuşacaq. Onlar artıq  öz gələcəklərini, toylarını, hər bazar bir yerdə  gəzməyə gedəcəklərini, hətta övladlarının adını belə dəqiqləşdirmişdilər — oğlan olsa adını Ramal, qız olsa Nuray qoyacaqlar. Hər şey onun istədiyi kimi olacaq. Bəs niyə o belə narahat idi? Əvvəl-axır onsuz da anası onu bağışlayacaq… Yox, elə Aytənin ilk zəngində anası onu bağışlayacaq. Bir neçə ay sonra da yəqin ki, qardaşı Tərlan onu Fəridlə birgə evinə dəvət edəcək, hədiyyə verib, xoşbəxt olun deyəcək. Hər halda o belə düşünürdü…

Atasını  6 il öncə avtomobil qəzasında itirmişdi. Həmin gün həyatında ilk dəfə əsl itkinin nə olduğunu duymuşdu. Çünki onu bu həyatda həqiqətən sevən yeganə insan atası idi… Hər şey alt-üst olmuşdu sanki… 16 yaşlı Aytənin universitetə hazırlaşdığı vaxtda belə itki onu dərslərdən də uzaqlaşdırmışdı. Ancaq dostlarının və müəllimlərinin  köməyi ilə atasının ən böyük arzusunu yerinə yetirmək üçün yenidən bütün gücünü dərslərə yönəltdi və sonda öz istəyinə nail oldu: Pedoqoji universitetə qəbul olmuşdu. Elə atasının da ən böyük arzusu qızını müəllimə kimi görmək idi. Görmək nəsib olmasa da Aytən o istəyi yerinə yetirmişdi. Nəticələr məlum olduğu gün Aytənin müəllim və rəfiqələrindən başqa heç kəs sevinmədi. Çünki qardaşı fikirləşirdi ki “qız nədi, oxumaq nədi… Ağıllı  qız evdə oturmalı, anasına ev işlərində kömək etməli, vaxtı çatanda ərə getməlidi” Anası da həmişə olduğu kimi  oğlunun fikirləri ilə razı idi. Ancaq Aytənin atası Rasim kişi qızı üçün təhsilin çox önəmli olduğunu düşünmüşdü. Buna görə də qızı üçün hər şərait yaratmışdı, hazırlıqlara qoymuşdu. Tərlan atasına qarşı çıxmaq istəsə də buna nail ola bilməmişdi. Rasim: “ Bu evdə kişi mənəm! Mənim sözüm keçir. Nə vaxt mən ölərəm, onda sən əmr edərsən!” – demişdi…

Elə Rasimin dediyi kimi də oldu. O öləndən sonra Tərlan evdə hər nəzarəti əlinə aldı. Lazımlı lazımsız yerə Aytəni danlayır, hətta bir neçə dəfə evə həmişə olduğundan 15 dəqiqə gec gəldiyinə görə onu döymüşdü də…

6 il belə əzabla ötmüşdü. 1 il əvvəl universiteti əla qiymətlərlə bitirmişdi Aytən. Qrup yoldaşlarından biri ona atasının müdir olduğu məktəbdə işləməyi təklif etsə də, təbii ki, Tərlan buna razı olmamışdı. Aytən isə yenə susurdu. Tək təsəllisi isə Fərid idi – onu həyata bağlayan yeganə bağ…

19 yaş… 2ci kurs… Yanvar ayı… Universitetdə imtahanı var idi. Gecikirdi. Gecə qardaşı  televizora yüksək səs verib futbola baxmışdı. Aytən də səs – küyə görə gec yatmışdı. Səhər anasının – “qızım,imtahana gecikmirsən?” – qışqırması ilə oyandı. Saat 08:30 idi artıq. 08:50 də isə imtahan idi. Çatması qeyri – mümkün idi. Ancaq yenə də tez – tələsik paltarlarını geyinib evdən çıxdı. Marşrutdan düşəndə artıq saat 08:55 idi. Özünü itirmiş şəkildə yolu keçirdi. Elə bu vaxt telefonuna zəng gəldi.Yəqin qrup yoldaşlarından idi. İmtaha gecikdiyinə görə zəng vururdular. Bir anlıq elə bil başı fırlandı, yıxıldı. Gözlərini açanda isə  xəstəxanada idi. Başının üstündə bir oğlan dayanıb həyəcanla ona baxırdı. Aytən hec nəyi başa düşmürdü. Bir neçə saniyə sonra da elə ilk sualı bu oldu: – “ Mən hardayam? ”

Fərid onun gözlərini açdığını görəndə elə bil sakitləşdi:

- Xəstəxanadasız. Daha doğrusu hər ikimiz xəstəxanadayıq.

- Sən kimsən ki? Niyə burdayam?

Bu vaxt hər şey yadına düşdü :

- Mən imtahana gecikirəm. Saat neçədi? Saat?

Ayağa qalxmaq istədi, ancaq bədənində ağrılar hiss etdi, dura bilmədi.

Fərid :

- Ay xanım, sakit olun, imtahan vaxtıdı? Saat 11i yarısıdı eee… Yolu keçirdiz. Mən də  maşınla gəlirdim. Mənə zəng gəldi, telefona baxdım. Fikirləşdim ki, artıq yolu keçmisiniz, ona görə gözümü yoldan çəkdim. Bir də gördüm ki,  yolun ortasında yıxıldınız. Gücnən tormozu basdım saxladım. Gətirdim sizi bura… Bu arada mənim adım Fəriddi. Sizin adınızı bilmək nəsib olacaq mənə?

- Off imtahanım necə olacaq bəs? Kəsrim oldu. Allah məni öldürsün, necə dura bimədimee səhər..

- Hə, tanış olmağımıza şadam …

- Nə?

- Heeeeç, deyirəm qəşəng gözləriniz var…

Aytənin xoşuna gəldi bu iltifat. Çünki ilk dəfə idi ki, kimsə ona bu sözü deyirdi.

- Çox sağol…

Oğlanın üzünü hələ indi tam gördü. Fəridin qəşəngliyi sanki onu rəsmiyyətdən ayırmışdı: çox sağolun əvəzinə – çox sağol demişdi…

Fəridin Aytəndən çox xoşu gəlmişdi. İlk dəfə heç xasiyyətinə uyğun olmayan bir şeyə əl atmışdı – hələ Aytən oyanmamış, onun telefonundan öz nömrəsinə  zəng etmişdi… Bir aya  yaxın Aytən xəstəxanada qaldı. Qolunun biri sınmışdı, ayağı da möhkəm əzilmişdi. Bu müddətdə anası, bacısı ona xörək gətirirdi. Onlar olmayanda isə  Fərid ona baş çəkirdi. Get gedə bir-birilərinə daha çox öyrəşmişdilər. Aytən ilk dəfə belə hisslər yaşayırdı. Xəstəxanadan çıxdıqdan sonra da əlaqələri  davam etdi. 3 ay sonra Fərid ona ürəyini açdı və təbii ki, cavab müsbət idi. Bir-birilərini dəli kimi sevirdilər. Tez-tez küsüb barışsalar da hər şey yaxşı gedirdi. Onların əlaqəsini bir tək Aytənin bacısı bilirdi.

Nuranə o ailədə böyük övlad idi. Təhsilə o qədər də önəm verməmişdi, 19 yaşında ailə qurmuşdu. Artıq iki oğlu da var idi. Dediyinə görə xoşbəxt idi. Aytənin Fəridlə əlaqəsini də dəstəkləyirdi… Ancaq ailədə bu əlaqəni dəstəkləyən də tək elə Nuranə idi. Çünki ilk dəfə  Fəridin ailəsi elçi gəlmək istəyəndə Aytən anasına üz tutdu. Anası da Tərlana demişdi. Tərlan bu dəfə də  Aytənin yeganə ümidini puç etmişdi :

- Nəəə? Sevmək nədi? Qələt eliyir o, özüm kimə istəsəm ona verəcəm. O Fəridi də tutsam öldürəcəm…

Həmin gün elə Aytənin telefonunu əlindən aldı. Bundan sonra bir neçə dəfə də anası Tərlanla danışmağa cəhd etsə də heç bir nəticə əldə edə bilməmişdi. Get-gedə günlər ağırlaşırdı sanki… Fərid olmadan hər şey ona çətin gəlirdi. Əl telefonu da artıq yox idi deyə ancaq həftədə bir, ya iki dəfə ev telefonu ilə danışa bilirdilər.Axırıncı dəfə danışanda isə Fərid ona qaçmağı təklif etdi. Aytən isə düşünmədən razılıq verdi. Ayın tarixini də dəqiqləşdirdilər…27 Noyabr…Saat 14:00-da Elmlər Metrosunda görüşüb gedəcəkdilər…

Fəridin öz şəxsi evi var idi. Özü qazanıb almışdı. Neft şirkətində inspektor işləyirdi. Aytəni xoşbəxt etmək üçün hər cür imkanı var idi. Dediyinə görə sevgisi də…

Səhər saat 6-a yaxın Aytən yuxuya getdi. Saat 11də isə anasının səsi oyatdı onu :

- Aytən, mən gedirəm Zəminə xalangilə. İndi zəng vurmuşdu ki, azarlamışam, gəl bankala məni. Yemək qazın üstündədi. Tez-tez bax, qarışdır ki, dibi yanmasın. Eşidirsəəən? Sənnənəmeeee ay qız, dur

- Həəə, yaxşı, dururam

- Dur qapını bağla. Qardaşın saat 3də yeməyə gələcək.

12:00… hələ qərarının düzgün olub olmadığını dəqiqləşdirməmişdi. Əmin idi ki,  Fərid onu sevir…Əmin idi ki, Fərid onu xoşbəxt edəcək. Ancaq nəsə ürəyində narahatlıq var idi. Bilmirdi zamanı necə ötürsün. Axırda əlinə bir vərəq, qələm götürüb anası üçün məktub yazdı:

“Mama, bilirəm, məni bağışlamayacaqsınız. Amma mən xoşbəxt olmaq istəyirəm. Bilirəm ki? hər şey yaxşı olacaq. Fəridlə gedirəm. Evlənəcəyik. Əgər biz evlənməsək, Fəridin ailəsi onu zorla başqası ilə evləndirəcək. Tərlan da razı olmadı evlənməyimizə. İndiyə qədər o mənim çox arzumu ürəyimdə qoyub. Ancaq bu dəfə imkan verməyəcəm! Mən xoşbəx olacam! Siz istəsəz də, istəməsəniz də!… Səni cox istəyirəm mama. Sağolun”

13:15… Geyinib  evdən çıxdı. Məktubu stolun üzərinə qoymuşdu. Qapını bağlayanda sanki ürəyində bir rahatlıq hiss etdi. Çünki bu gün sevdiyi insana qovuşacaq. Artıq Tərlanın danlağından xilas olacaq. ƏN NƏHAYƏT XOŞBƏXT OLACAQ…

Pilləkanları tez-tələsik  düşüb evdən uzaqlaşdı. Artıq hər şey geridə qalmışdı…

13:55… Elmlər Metrosunun qarşısında… Üzündə gülüş… Ürəkdə həyəcan…

14:10… Həyəcan… Artıq gözləyə bilmirdi. Bir qıza yaxınlaşıb telefonunu xahiş etdi. Fəridə zəng vurdu…4 zəng…cavabsız…Telefonu verib təşəkkür etdi…Yəqin yenə telefonu səssizdədi…gecikib… Tıxacdadı yüz faiz… İndi yəqin o da həyəcanlıdı…

14:35… Nəsə oldu Fəridə… Yüz faiz…Yoxsa niyə gəlməsin…Bəlkə avarya eliyib?… Həmişə deyirəm ki, sürətlə sürmə… Ay Allah, qurban olum, Fəridə heçnə olmasın. Nə olur, mənə olsun. Ona heçnə etmə yalvarıram…

14:55… Bir oğlana yaxınlaşıb gözü dolmuş şəkildə  telefonunu istədi, zəng vurdu… Artıq bağlı idi telefon…Deməli, bayaqkı zəngləri görüb, narahat etməyim deyə telefonu söndürüb…

15:55…Gəlmədi…Məhv oldum mən…İndi yəqin Tərlan oxuyub məktubu, anam ağlayır, qardaşım evi dağıdır…Niyə belə etdi ki Fərid?… Niyə gəlmədi?… Bəlkə görüşəcəyimizi unudub? Bəs indi mən neynəyim?!

16:20… Artıq dayanmağın mənası yoxdu… Məhv oldum mən…

Geri qayıdıb metronun qapılarına tərəf addımlamağa başladı. Birdən bir əl ona toxundu: – Aytən?

- Orxan? Nə olub? Fəridə nəsə olub hə?

- Şeey, bilmirəm eee necə deyim…

- Avariya?… Gözü doldu…

- Deyə bilmirəm. Bu məktubu oxu!

- Bu nədi axı? Fərid hanı? Niyə gəlmədi?

- Fəridə hecnə olmayıb. Məktubu mənə verdi ki, sənə gətirim. Bayaqdan durub kənardan baxıram. Fərid demişdi ki, gözlə, gedənə yaxın verərsən məktubu.

- Deməli, aldadıb məni…

- Aytən, üzülmə, hər şey düzələr.

- 3 saat məni gözlətdi və axırda da məktub yazıb…(oğlan uzaqlaşdı)… Bilirəm yazıb ki,  məni bağışla, gələ bilməyəcəm. Bağışla ki, belə oldu, sən məndən də yaxşısına layiqsən, falan, filan…

Məktubu açmaq istəmirdi. Hər şey məlum idi…Hər şey…Aldanmışdı…Düz 3 il…Eskalatordan düşüb platformaya yaxınlaşdı. Heçnə düşünə bilmirdi. Evdəki vəziyyət, Fəridlə keçirdiyi xoşbəxt günlər…Hər şey məhv olmuşdu. İndi qardaşı heç vaxt Aytəni qəbul etməzdi. Fəridin dostunun verdiyi məktub bir dama kağıza yazılıb qatlanmışdı. Aytən məktuba baxa bilmirdi.Əlində bərk-bərk tutmuşdu . Gözünün yumanda qardaşının dəhşətli, hirsli üzü gözünün qarşısına gəlirdi. Yəqin qardaşım artıq oxuyub məktubu..Paltarlarımı da yəqin çölə atıb artıq…Gözünü açanda isə Fəridin  üzü dayanırdi gözünün qarşısında…Hər iki halda sanki məhv olurdu…Qarşıda vaqonun işığı yandı. Xilas olmağın başqa yolu yox idi. Gözlərini yumdu…Addım atdı…

Tikə-tikə olmuşdu bədəni…Məktub isə vaqon keçərkən yaranan küləyin təsirindən bir neçə metr qarşıya uçmuşdu. Metro işçilərindən biri  hadisədən bir neçə gün sonra məktubu tapdı. Məktubda yazılmışdı “əzizim, sənə möhtəşəm sürprizim var. Bilirəm məni gözlədin. Özüm dostuma dedim ki, məktubu geri qayıdanda versin sənə. Çünki geri qayıdanda mənim gəlməyəcəyimi düşünüb peşman olacaqsan. Ancaq peşman olmağa dəyməz sevgilim. Sən məni gözləyəndə mən səni izləyirdim kənardan.Məktubu oxuyan kim çön arxaya. Arxanda dayanmışam. Mənimlə evlənərsən?”

Deyirlər, bədbəxtlik zəncir halqaları kimidir. Biri gəldikcə o birisini dartıb gətirər…

Hadisə günü:

- Alo, hə Tərlan?

- Mama, mən günorta yeməyə gələ bilməyəcəm, işim çox uzanacaq. Gecə gələcəm.

-Ay Tərlan, mən Zəminə xalangildəyəm. Yaman xəstələnib. Yanında qalmasam olmaz. Bu gecə qalım burda, səhər tezdən gələcəm.Bacın evdədi, axşam yemək hazırlayar sənə

-Yaxşı, oldu, sağ ol!

Aytənin yazdığı məktubu da ölümündən 2 gün sonra stolun altından tapdılar. Evdən çıxarkən qapını örtəndə küləyin təsirindən məktub stolun altına düşmüşdü….

O gündən sonra metro işçiləri hər gün yaraşıqlı bir oğlanın saatlarla platformada dayandığını, sonra yenidən metrodan çıxdığını  müşahidə edirdilər.Onlar Fəridə yaxınlaşıb niyə saatlarla dayanıb qatara minmədiyinin səbəbini soruşsalar da heç bir cavab almamışdılar. Bir gün isə Fərid yenə metroya daxil oldu, eskalatorla  platformaya düşdü. Onun metrodan çıxdığını görən isə olmadı…

Our WALTZ dance :)

Etiraf edirəm ki…
Az.wordpress.com ünvanında ən son yazılara baxıb gördüm ki, bir qrup bloqer maraqli bir tendensiya başlayıb. Etiraflar haqqında yazırlar. Hər kəs nələrisə etiraf edir. Maraqlı gəldi, qoşulmaq qərarına gəldim.

Beləliklə:

-         Etiraf edirəm ki, hansı etirafdan başlayıb, hansı ilə bitirəcəyimi hələ dəqiqləşdirməmişəm.

-         Etiraf edirəm ki, həmişə publikanın diqqət mərkəzində olmağı xoşlamışam.

-         Etiraf edirəm ki, yalan danışmağı xoşlamasam da, lazım gələndə bunu çox ustalıqla bacarıram.

-         Etiraf edirəm ki, yaxşı dost deyiləm.

-         Etiraf edirəm ki, hərdən çox kobud oluram.

-         Etiraf edirəm ki, qohumlarımın hamısını çox sevirəm, ancaq çox darıxdığım yalnız bir insan var: əmim qızı – Alsu

-         Etiraf edirəm ki, əvvəllər etdiyim bəzi səhvlərə görə çox peşman olsam da, büruzə verməməyə çalışıram.

-         Etiraf edirəm ki, uşaqlığım inanılmaz dərəcədə maraqlı keçib.

-         Etiraf edirəm ki, utancağam və daima boğmağa çalışdığım komplekslərim var.

-         Etiraf edirəm ki, “etiraf edirəm ki” ifadəsini hər dəfə yazmaqdan bezdim artıq.

-         Etiraf edirəm ki, bağçaya getdiyim vaxtlar babnik olmuşam.

-         Etiraf edirəm ki, hal – hazırda layiq olduğum yerdə olmadığımı düşünürəm, ancaq gələcəkdə layiq olduğumdan da daha artığını qazanacağıma əminəm.

-         Etiraf edirəm ki, hər dəfə Justin Timberlake – in “Cry me a river” mahnısına qulaq asanda nədənsə bir vaxtlar ən yaxın dostlarımdan olan Fidan yadıma düşür. Halbuki, heç bir əlaqəsi yoxdur.

-         Etiraf edirəm ki, seçim qarşısında qalanda 99% hallarda səhv addım atıram. Qalan 1 % – də isə hər iki addım yaxşılığa doğru olur.

-         Etiraf edirəm ki, axır ki, ağlıma gəldi ki, “etiraf edirəm ki” ifadəsin copy eləyim və hər cümlənin əvvəlində paste eləyim.

-         Etiraf edirəm ki, yaltaqlanmağı bacarmamağım bəzən mənə ziyan eləyir.

-         Etiraf edirəm ki, həyatımda cəmisi 1 dəfə tanış olmaq üçün qıza yaxınlaşmışam.

-         Etiraf edirəm ki, bəzi “vətənpərvər” dostlarım ruslara nifrət etsələr də, mən onları çox sevirəm.

-         Etiraf edirəm ki, insanlar ilk baxışdan mənim özümdənrazı olduğumu düşünür, ikinci baxışdan buna əmin olur, tanıdıqdan sonra isə belə düşündüklərini ETİRAF edib, üzr istəyirlər.

-         Etiraf edirəm ki, əslində yuxarıda qeyd elədiyim insanlar hər 3 halda haqlıdırlar.

-         Etiraf edirəm ki, son bir neçə ayda bir qızdan hədsiz dərəcədə xoşum gəlsə də, bunu hələ ona deyə bilməmişəm.

-         Və sonda etiraf edirəm ki, edə biləcəyim hələ çox etiraf var idi, amma etmədim.

… AMMA BU MAHNINI ÇOX SEVİRƏM…

“Həqiqət axtarışında” və ya “Sariyanın suçu nə?”
Yəqin ki, söhbətin nədən gedəcəyini təxmin elədiz. Son günlərdə facebookda və ümumilikdə gənclər arasında böyük səs – küyə səbəb olan, ajiotaj yaradan bir məsələ – Sariya adlı bir xanımın “AFİŞA” adlı dərgiyə verdiyi müsahibədəm danışacam. Məqalə haqda bir qədər sonra, amma mütləq deməliyəm ki, insanların bu intervyuya reaksiyası məni bir qədər çaşdırdı. Yazıq qıza qarşı əməlli başlı kompaniya başladıldı, facebookda səhifə, karikaturalar, ələsalmalar filan… Təkcə xalq düşməni elan eləməkləri qaldı. Hətta etibarsız mənbədən qulağıma çatan məlumatlara görə Sariyanın başına pul qoyulub.

Məqalənin olduqca mənasız və məntiqsiz olduğunu inkar etməyəcəm. Daha dəqiq desəm, məntiqsiz fikirlər bolluq təşkil edirdi. Şəxsən mənə elə gəlir ki, Sariya fikirlərini lazım olduğu kimi ifadə edə bilməyib. Ancaq digər tərəfdən də adama deyərlər ki, üzə bilmirsənsə ağacda nə işin var? Yəni danışa bilmirsənsə danışma. Əslində AFİŞA dərgisinin müsahibə götürdüyü gənclər keçmiş Sovet məkanı ölkələrinin titullu, köklü ailələrinin övladları olur, ancaq bu cür ailənin övladı olmaq o demək deyil ki, insanın çox yaxşı danışıq qabiliyyəti olmalıdır. Amma ikinci bir şeyi də nəzərə alın ki, heç də hamımızın danışıq və yazı qabiliyyəti hədsiz dərəcədə super deyil.

Sariyanı QINAYANLARın düşüncəsində 2 məqama diqqət yetirmək lazımdır:

1. Münasibət bildirənlərin 90 % – dən çoxu Rus şöbəsində təhsil alan insanlardır ki, əminliklə deyə bilərəm ki, bunların da böyük əksəriyyəti Sariya kimi düşünürlər. Direct şəkildə olmasa da, ruslar demiş “çerez – çerez” düşünənlər də var bunu.

2. Azərbaycan şöbəsində təhsil alanların reaksiyası çox maraqlı və qəribədir. Əslində məqalə rus dilində olduğundan bu insanların sayı azlıq təşkil edir. Rusca başa düşənlər isə oxuduqdan sonra əslində məsələnin mahiyyətini dərk etmədən anti – Sariya kompaniyasına qoşulurlar. Arqumentləri isə Rus bölməsində təhsil alanların arqumentləri ilə eynidi. Halbuki, Az. sektorlar üçün “ilişməli” məqamlar həddən artıq çoxdur. Sözümün canı odur ki, çox insan “palaza bürün, elnən sürün” məsəlini əldə rəhbər tutaraq münasibət bildirib məsələyə.

Şəxsən mənim fikrimə gəldikdə isə, məncə lap əvvəldən bir qrup insan var idi ki, ortalığı əməlli başlı qatdı, sonra isə kütləni arxasına alaraq məsələni get – gedə şişirtdi. Və nəticədə hal – hazırda sosial şəbəkələrdə və forumlarda bu barədə yazılan istənilən bir fikrə cavab olaraq gələn şərhlərdə Rus və Azərbaycan bölməsinin “uşaqları” arasında fikir ayrılıqları, mübahisələr yaranır. Əslində məqalənin məqsədi başqa idi, Sariya isə adi piyada idi. Və vaxt keçdikcə oyunu uduzmağa başlayırıq.

İndi isə keçək müsahibəyə… Düzü, yersiz fikirlər çoxdu və dəfələrlə də qeyd olunub bunlar fərqli insanlar tərəfindən. Mən bir qədər başqa prizmadan yanaşacam: yəni həqiqətə yaxın olan fikirlər.

Məsələn, xanım deyir ki, “1990 – ci ildən sonra ermənilər və rusların böyük əksəriyyəti Bakını tərk elədi, sonra isə regionlardan bura insanlar axışdı və özləri ilə birlikdə öz düşüncə tərzini gətirdilər”. Razı olmayan var? Əslində bu dəqiqə Bakının regionlardan heç bir fərqi qalmayıb. Hətta Bakı ləhcəsini eşitmək belə çətin bir hala çevrilib. Halbuki, mənim də valideynlərim təsdiq edir ki, Bakı bir vaxtlar SSRİ – də ən müasir şəhərlərdən olub. Yox, səhv başa düşməyin, mən heç kimi günahlandırmıram, bu əslində qanunauyğun bir haldır, çünki bazar iqtisadiyatı hökm sürən bir ölkə üçün urbanizasiya normal haldır. Və əgr kimsə müasirliyi bara, kafeyə və s. bu kimi yerlərə getməkdə görürsə bu həmin insanın öz problemidir.

Daha sonra ölkənin rus və azərbaycan sektorlarına bölündüyü söylənilir. Yenə də qeyd eləyirəm ki, Sariyanın fikirlərini ifadə etməkdə çətinliyi var. Burada heç də bu yaxınlarda bir jurnalistin qeyd etdiyi kimi, Berlin divarlarından filan söhbət getmir. Söhbət insanların mədəni səviyyəsindən gedir. Əslində bu ailədən formalaşan bir nəsnədir və ola bilər ki, təhsil aldığın dilin buna heç bir təsiri olmasın. Ancaq Rus və Azərbaycan bölmələrini bitirənlərin 70 % – ə yaxını arasında fərq türk abilərimiz demiş, ap – açık ortada. Bunu danmaq mənasızdır.

Başqa bir məsələ dərsliklər, məktəbdə keçilən xarici dillər və televiziya kanalları ilə bağlıdır.

Dərsliklərin, eləcə də bədii ədəbiyyatın bir çox nümunələrinin məhz rus dilindən Azərbaycan dilinə tərcümə olunduğu heç kimə sirr deyil. Və bəzən bu tərcümə o qədər dəhşətli olur ki, heç oxumağn gəlmir. Azərbaycan bölməsində rus dilinin tədrisinin dayandırılması isə çox pis haldır. Məktəbi bitirdikdən sonra rus dilini bilməyən yeniyətmə sərbəst həyata atılarkən əslində nə qədər “şikəst” olduğunu dərk edir. Sizi bilmirəm, şəxsən mənə ərəb dili qətiyyən lazım deyil, yaslarda mərsiyyə demək fikrim yoxdur.

Əslində qeyd olunmalı məqamlar çox idi. Sadəcə düşünmək lazımdır ki, özümüz danışmağa başlasaq hələ nə qədər “quşlar buraxa” bilərik. Heç kim bundan sığortalanmayıb.