Ölkəmizdə sığorta işinin təşkili dövrün iqtisadi və sosial tələblərinə uyğun olaraq həmişə yenidən qurulmuş və təkmilləşdirilmişdir. Sığorta işinin indi fəaliyyətdə olan əsasları 1958-ci ildə qoyulmuşdur. Son 30 il ərzində dövlət sığortası sistemində həqiqətən böyük iqtisadi və sosial əhəmiyyət kəsb etmiş irəliləyişlər və dəyişikliklər baş vermişdir.
Beləki, sığorta işinin respublikamızın əhatə dairəsinə aid edilməsi yeni könüllü sığorta növlərinin inkişafına və onlar üzrə əməliyyatların həcminin artmasına təkan vermişdi. Lakin müttəfiq respublikaların dövlət sığortası işindəki tam müstəqilliyi uzun sürməmiş və 1968-ci ildən etibarən dövlət sığortası sistemi ittifaq-respublika əhəmiyyətli orqana çevrilmişdir.
Yenidənqurma şəraitində regionların və rayonların tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipinə keçməsi bütün maliyyə-kredit sisteminin, o cümlədən dövlət sığortasının həmin prinsiplərə uyğun şəkildə qurulmasını tələb etmişdi. Continue reading
də mərkəzləşdirilmiş və qeyri – mərkəzləşdirilmiş pul vəsaiti fondlarının təşkili və istifadəsi metodlarının müxtəlifliyindən irəli gəlir. Dövlətin mərkəzləşdirilmiş pul resursları fondları maddi istehsalda yaradılan milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi yolu ilə yaradılır.
Maddi istehsal sferasında meydana çıxan bütün maliyyə münasibətlərini əhatə etdiyinə görə müəssisə maliyyəsi maliyyə sisteminin əsas tərkib hissəsini və maddi bazasını təşkil edir. Bazar iqtisadiyyatı müəssisə maliyyəsinin möhkəm və sabit olmasını tələb edir.