Dövlətin vergi siyasəti

Vergi siyasəti dedikdə, maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin ayrı-ayrı sosial qruplarının maliyyə təlabatlarının təmin olunmasının və həmçinin ölkə iqtisadiyyatının normal inkişaf etdirilməsi məqsədilə ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlərin məciusu başa düşülür. Dövlət vergi siyasətini həyata keçirərkən vergilərə məxsus funksiyalara söykənir və aktiv vergi siyasətinin həyata keçirilməsi üçün bu funksiyalardan istifadə edir. Ölkənin iqtisadi vəziyyətindən və iqtisadi inkişafın müəyyən mərhələsində dövlətin prioritet hesab etdiyi  məqsədlərdən aslı olaraq vergi siyasətinin həyata keçirilməsi üçün müxtəlif metodlardan istifadə olunur. Vergi siyasəti  dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla onun həyata keçirilməsinin forma və metodlarından əhəmiyyətıi dərəcədə aslıdır.

Vergi siyasətinin iqtisadi inkişafa təsirini daha da artırmaq üçün onu elmi cəhətdən əsaslandırmaq tələb olunur və ancaq elmi yanaşma vergi siyasətinin nisbi müstəqilliyini mohkəmlədə bilər. Təsərrüfat təcrübəsi sübut edir ki, vergi siyasətinin iqtisadiyyatdan  ayrılması ciddi çətinliklərə səbəb olur. Vergi siyasətinin təşkilinə elmi yanaşma, onun bütün faktorlarının öyrənilməsi həmin siyasətin qanunauyğunluğunu təmin edir. Bu qanunauyğunluqlara məhəl qoymamaq iqtisadiyyatda böyük itkilərə səbəb olur.

Məsələn, iqtisadi  müstəqilliyin  tələblərinə baxmayaraq uzun müddət müəssisə və təşkilatlardan büdcəyə külli miqdarda maliyyə vəsaiti ayrılırdı. Bununla belə mənfəətə görə öhdəliklərə də bölgü üsulu tətbiq olunurdu, bu da istehsalatda möhkəm maliyyə bazası yaratmaq üçün maneçilik törədirdi. Nəticədə təşəbbüskarlıq, istehsalın  artmasına, pul vəsaitinin artırılmasına maraq yox dərəcəsinə enmişdi. Məcburi kollektivləşdirmə, dəyər qanunun inkar edilməsi, aqrar sektordan pul vəsaitlərinin alınması bu sahədə uzun sürən böhrana gətirib çıxarmışdı.

Siyasi qərarlar iqtisadi məntiqin qanunlarına uyğun qəbul olunmalı və bütün hesablaşmalar gələcəkdə ola biləcək itkiləri nəzərə almalı, yəni istehsalın uzun müddət stabil işləməsinə zəmin yaratmalıdır. Buna görə iqtisadi və sosial sahələrdə gedən proseslər haqqında dəqiq informasiyaların, bu və ya başqa vergi siyasətinin, tədbirlərin nəticələri böyük rol oynaya bilərlər. İnformasiya və elmi nəticələr vergi siyasətinin formalaşmasının əsas bazası olmalı və siyasətin düzgünlüyünü yoxlamaq üçün burada mütləq maliyyə ehtiyatlarının  həcminin artırılmasını və effektliyini nəzərdə tutmalıdır. Maliyyə ehtiyatlarının effektli istifadəsinin uçotunu aparmamaq vəsaitinindağılmasına səbəb ola bilər. Məsələn, son onilliklərdə külli miqdarda vəsait kənd təsərrüfatına və tikintiyə sərf olunurdu. Amma kənd təsərrüfatı malları istehsalı ləng gedir, kapital qoyuluşların effektliyi isə aşağı düşürdü. Belə faktlar, vergi siyasətinin formalaşması zamanı inkar edilirdi, bu da nəticədə bütün ölkənin maliyyə vəziyyətini pisləşdirmişdi.

Vergi siyasətinin formalaşması mütləq konkret tarixi şərait, o cümlədən sosial-iqtisadi inkişafın hər mərhələsini, daxili və xarici şəraitin xüsusiyyətlərini, dövlətin real iqtisadi və maliyyə imkanlarını nəzərə almalıdır. Nəzərdə tutulmuş xərclərin və maliyyə ehtiyatlarının həcminin bir-birindən asılı olması sadəcə olaraq maliyyə ehtiyatlığının, normallığın sübutu olmalı və təsərrüfatın bütün mərhələlərində eyni dərəcədə saxlanılmalıdır. Əks halda dövlət büdcəsinin kəsiri və dövlət borcları artar, infilyasiya baş verə bilər.

Vergi siyasətinin formalaşdırılması üçün keçmişin təcrübəsini öyrənmək, dünya təcrübəsi ilə tanış olmaq və araşdırmaq çox vacibdir. Qəbul olunmuş praktikaya görə Azərbaycan Respublikasının Vergilər Nazirliyi vergi siyasətinin əsaslarını hazırlayaraq onun bir neçə variantını təqdim edir. Təqdim olunmuş təkliflər ekspertlər tərəfindən qiymətləndirilir və ən əlverişli variant hökumətin müzakirəsinə verilir. Hesablamaların çoxvariantlığı,çoxlu amillərin nəzərə alınması,vergi tədbirlərinin ölkədəki konkret vəziyyətə bağlanması,nəticələrin proqnozlaşdırılması əlbəttə ki,riyazi modelləşdirilmənin,elektron hesablama texnikasının geniş istifadəsini tələb edir.Aydındır ki, burada iqtisadi və sosial sahələrdə olan vəziyyət haqqında real informasiyanın rolu böyükdür və vergi siyasəti cəmiyyətin həyat səviyyəsinin yaxşılaşmasına şərait yaratmalı,sahibkarlıq fəaliyyətinin inkişafına kömək etməlidir.

Elmi cəhətdən əsaslanmış vergi siyasəti onu düzgün həyata keçirdikdə yüksək nəticələr verir.Maliyyə ehtiyatları artdıqca sosial-sfera sahələrinə də ayırmalar artır,xalq istehlakı malları istehsalı çoxalır.

Dövlət vergi siyasəti istehsaledici qüvvələrin inkişafına və onun ölkədə səmərəli yerləşdirilməsinə kömək edir.Dövlətin vergi siyasəti başqa ölkələrlə xarici-iqtisadi əlaqələrin möhkəmkənməsinə,birgə tədbirlərin keçirilməsinə şərait yaradır,çünki elmi-texniki tərəqqinin inkişafı bəzi tədbirlərin təklikdə həyata keçirməyə imkan vermir,bu tək dövlətin işi deyil.

Vergi siyasətini həyata keçirmək üçün maliyyə mexanizmindən istifadə olunur. Bu mexanizm maliyyə münasibətlərinin, üsulların cəmindən ibarətdir və həmin üsullar cəmiyyət tərəfindən müsbət iqtisadi və sosial inkişafı üçün şərait yaratmaq üçün istifadə olunur. Maliyyə mexanizminə ayrı-ayrı forma və üsullar daxildir və onun strukturu çox mürəkkəbdir. Maliyyə qarşılıqlı əlaqələrin çoxluğu mexanizmin  forma və üsullarını qabaqcadan müəyyən edir. Dövlət, onun icraedici və qanunverici orqanlarının iqtisadi qanunlarını,  maliyyə vəsaitinin inkişafını, qarşıda duran məsələləri öyrənərkən milli gəlirin, köçürmələrin miqdarını, dövlət vəsaitinin xərclənməsini təyin edir.

 

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s