Axacaq qan damarda durmaz deyirlər…
Bu gun o qanlı hadisədən 730 gün keçir. Bizim üçün bu cəmisi 2 ildir, ancaq həmin hadisədə övladlarını itirən valideynlərin həyatından 730 il, 730 əsr keçib.
Bu gunə kimi yadımdadır. Tarix dərsində oturmuşduq. 11 – ci sinif olduğumuzdan dərsə biraz dırnaqarası yanaşırdıq. Özümüz üçün danışıb gülürdük. Birdən idman müəllimimiz içəri daxil olub, tarix müəlliməmizdən nəsə soruşdu sonra isə çıxaçıxda “indicə radioda eşitdim ki, AZİ – də atışma olub”. Hamımız təəccüblə ona baxdıq. Kimsə “nə atışma?” – deyə soruşdu. Muəllim dedi ki, hələ dəqiq hec nə bilinmir. Deyilənlərə gorə olənlər var. Continue reading
Aylıq arxiv: Aprel 2011
Ştefan Çveyq – “Naməlum qadının məktubu” – PART 1
Məşhur belletrist R. dağa istirahətə getdiyi üç günlük səyahətdən səhər tezdən Vyanaya qayıdıb və vağzalda qəzet alıb, tarixə baxanda, birdən yadına düşdü ki, bu gün onun doğum günüdür. Qırx birinci, – o tez hesabladı və bu fakt onu nə sevindirdi, nə də məyus etdi. Qəzetin şax vərəqlərinə cəld göz gəzdirdi, taksi saxladı və öz evinə yollandı. Qulluqçu ona, o burada olmayanda ona baş çəkən iki nəfər ziyarətçi və bir neçə telefon zəngi haqqında məlumat verdi və padnosda toplanan məktubları gətirdi. Yazıçı tənbəlcəsinə redaksiyadan gələn məktublara baxdı, bir neçə zərfi açıb, göndərənlərin soyadlarına baxdı; yad xətlə yazılan və ona olduqca böyük görsənən məktubu kənara qoydu. Qulluqçu çay gətirdi. O kreslosunda rahat əyləşib bir daha qəzetə göz gəzdirdi, göndərilən kataloqlara baxdı, sonra bir siqaret yandırdı və kənara qoyduğu məktubu əlinə aldı. Continue reading
Müasir sığorta siyasəti
Ölkəmizdə sığorta işinin təşkili dövrün iqtisadi və sosial tələblərinə uyğun olaraq həmişə yenidən qurulmuş və təkmilləşdirilmişdir. Sığorta işinin indi fəaliyyətdə olan əsasları 1958-ci ildə qoyulmuşdur. Son 30 il ərzində dövlət sığortası sistemində həqiqətən böyük iqtisadi və sosial əhəmiyyət kəsb etmiş irəliləyişlər və dəyişikliklər baş vermişdir.
Beləki, sığorta işinin respublikamızın əhatə dairəsinə aid edilməsi yeni könüllü sığorta növlərinin inkişafına və onlar üzrə əməliyyatların həcminin artmasına təkan vermişdi. Lakin müttəfiq respublikaların dövlət sığortası işindəki tam müstəqilliyi uzun sürməmiş və 1968-ci ildən etibarən dövlət sığortası sistemi ittifaq-respublika əhəmiyyətli orqana çevrilmişdir.
Yenidənqurma şəraitində regionların və rayonların tam təsərrüfat hesabı və özünümaliyyələşdirmə prinsipinə keçməsi bütün maliyyə-kredit sisteminin, o cümlədən dövlət sığortasının həmin prinsiplərə uyğun şəkildə qurulmasını tələb etmişdi. Continue reading
Maliyyə həlqələri arasında qarşılıqlı əlaqə.
Maliyyə sisteminin bir sıra həlqələrə bölünməsi bu həlqələrinin hər birinin yerinə yetirdiyi vəzifələrin fərqli olmasından, həm
də mərkəzləşdirilmiş və qeyri – mərkəzləşdirilmiş pul vəsaiti fondlarının təşkili və istifadəsi metodlarının müxtəlifliyindən irəli gəlir. Dövlətin mərkəzləşdirilmiş pul resursları fondları maddi istehsalda yaradılan milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi yolu ilə yaradılır.
Dövlətin iqtisadi və sosial sahələrdə yerinə yetirdiyi rolun vacibliyi maliyyə resurslarının mühüm hissəsinin onun əlində cəmləşdirilməsinin mərkəzləşdirilməsini zəruri edir. Bu resurslardan istifadə forması isə dövlətin iqtisadi, siyasi və sosial vəzifələrini yerinə yetirməsi tələbatını təmin edən dövlət büdcəsi və büdcədənkənar fondlardır.
Maliyyə sisteminin kredit və sığorta həlqələri pul fondlarının təşkili və istifadəsində digər forma və metodlardan istifadə edirlər. Qeyri – mərkəzləşdirilmiş pul vəsaitləri fondları isə müxtəlif mülkiyyət formasında olan təsərrüfat subyektlərinin pul gəlirləri və yığımları hesabına yaradılır. Continue reading
Müəssisə maliyyəsinin xüsusiyyətləri.
Maddi istehsal sferasında meydana çıxan bütün maliyyə münasibətlərini əhatə etdiyinə görə müəssisə maliyyəsi maliyyə sisteminin əsas tərkib hissəsini və maddi bazasını təşkil edir. Bazar iqtisadiyyatı müəssisə maliyyəsinin möhkəm və sabit olmasını tələb edir.
Başqa iqtisadi kateqoriyalar kimi müəssisə maliyyəsi də iqtisadi münasibətlərin məcmusudur. Müəssisə maliyyəsi bölüşdürücü münasibətləri ifadə edir, yəni təkrar istehsal prosesinin istehsal, bölgü və istehlak mərhələlərində maliyyə iştirak etdiyinə görə müəssilərdə istehsal fondlarının dövriyyəsini maliyyəsiz təsəvvür etmək olmaz. Pulun hərəkəti ilə baş verən maliyyə münasibətləri, müəssisə və başqa müəssisə və təşkilatlar arasında olan maliyyə münasibətlərini misal göstərmək olar. Bu münasibətlər satıcılarla, alıcılarla və s. təşkilatlarla alqı – satqı və s. zamanı yarana bilər.
Müəssisə daxilində pul münasibətləri; bu maliyyə münasibətləri müəssisə ilə onun işçiləri arasında əmək haqqı, mükafat və s. ödənildikdə və eyni zamanda müəssisə ilə onun bölmələri, şöbələri və s. arasında yaranır.
Müəssisə və maliyyə sistemi arasında maliyyə münasibətləri bücə və büdcədənkənar fondlara vergi və ödənişlər köçürülən zaman mümkün olur. Continue reading
Dövlətin vergi siyasəti
Vergi siyasəti dedikdə, maliyyə resurslarının yenidən bölüşdürülməsi hesabına dövlətin və cəmiyyətin ayrı-ayrı sosial qruplarının maliyyə təlabatlarının təmin olunmasının və həmçinin ölkə iqtisadiyyatının normal inkişaf etdirilməsi məqsədilə ölkənin vergi sisteminin formalaşdırılması üzrə dövlətin həyata keçirdiyi iqtisadi, maliyyə və hüquqi tədbirlərin məciusu başa düşülür. Dövlət vergi siyasətini həyata keçirərkən vergilərə məxsus funksiyalara söykənir və aktiv vergi siyasətinin həyata keçirilməsi üçün bu funksiyalardan istifadə edir. Ölkənin iqtisadi vəziyyətindən və iqtisadi inkişafın müəyyən mərhələsində dövlətin prioritet hesab etdiyi məqsədlərdən aslı olaraq vergi siyasətinin həyata keçirilməsi üçün müxtəlif metodlardan istifadə olunur. Vergi siyasəti dövlətin iqtisadi siyasətinin tərkib hissəsi olmaqla onun həyata keçirilməsinin forma və metodlarından əhəmiyyətıi dərəcədə aslıdır. Continue reading
Sosial sığortanın mahiyyəti və əhəmiyyəti
İctimai inkişafın obyektiv amillərindən biri bütün vətəndaş qrup-larının maddi təminatının vacibliyidir. Müəyyən səbəblər üzündən və-təndaşların bir hissəsi ictimai əməkdə iştirak edə, yaxud əmək pro-sesində öz iştirakını qoruyub saxlaya bilmirsə, bu, nəticə etibarilə ümu-mi milli məhsulun müəyyən qədər azalmasına səbəb olur. Vətəndaşların fiziki iş qabiliyyətinin təmin olunması bu itkinin qarşısını almaqla ümumi milli məhsulun ekvivalent bir hissəsi qismində çıxış edir. Əm-təə-pul münasibətləri şəraitində milli məhsulun bu hissəsi müəyyən pul fondlarının yaradılması və istifadəsi ilə reallaşdırılır.
Bütün həyatı boyu insan çox tez-tez səhhətinə, iş qabiliyyətinə zə-rər vuran və müvafiq olaraq onu əməkhaqqı almaq imkanından məhrum edən şəraitlə üzləşməli olur. Əksər hallarda insan onun iradəsindən asılı olmayan, bir tərəfdən, sosial-iqtisadi durumla, digər tərəfdən isə istehsal fəaliyyəti ilə müəyyənləşən bu vəziyyəti təkbaşına yenə bilmir. Continue reading
Həyat sığortası və onun iqtisadi – sosial mahiyyəti
Həyatın sığortası üzrə müqavilə yalnız fiziki şəxslərlə bağlanılır. Sığortaçı təşkilat sığortalananlar kontingentini seçərkən üç başlıca amili əsas götürür: yaş, sağlamlıq dərəcəsi, vətəndaşlıq. Adından da göründü-yü kimi, həyat sığortası polisləri konkret şəxsin – sığortalananın həyatı-na əsaslanır və yalnız həmin şəxs öldükdə həyata keçirilir. Sığortanın əvvəlində sığortalanmış şəxsin adı müəyyənləşdirilir, sığorta polisinin fəaliyyət müddətində ölüm ehtimalı qiymətləndirilir. Sığortaçı o adama deyirlər ki, o, polis əsasında müəyyən işlər görə bilir və polisin ilk sa-hibi olur.
Həyat sığortasına o növlər daxil edilir ki, orada sığorta obyekti ki-mi insanın həyatı çıxış edir. Həyat sığortası müqavilələri azı bir il müd-dətinə bağlandığından burada əmanət və risk funksiyaları birləşə bilər. Məsələn, xarici ölkələrdə məşhur olan belə sığorta növü ölüm halının və həyatın son çağının sığortalanmasıdır. Rusiya Federasiyasında həyatın qarışıq sığortasına daha çox bədbəxt hadisədən sığorta daxil edilir. Belə-liklə, qarışıq sığorta üzrə sığorta məsuliyyəti – sığortalanmış şəxs sığorta müddəti başa çatmamış ömrünün son çağını yaşayırsa, bədbəxt hadisə nəticəsində sağlamlığını itirirsə, vəfat edirsə sığorta məbləğinin ödən-məsini nəzərdə tutur. Continue reading
Sığorta fondunun formalaşması
Сыьорта фондунун оптимал сявиййясинин мцяйян едилмясиндя щяр бир сыьорта олунанын иштирак сявиййясинин дягигляшдирилмясиндя сыьорта тарифляри чох мцщцм бир игтисади алят кими чыхыш едир. Сыьорта тарифляриндян бажарыгла истифадя едилмяси сыьорта ишинин эяляжяк инкишафында мющкям тяминат демякдир.
Эениш тякрар истещсалын зярури елементи олан сыьорта фонду мяжму ижтимаи мящсулун тякрар истещсалы просеси заманы вя бу просесин нормал, фасилясиз щяйата кечирилмясини тямин етмяк цчцн йарадылыр. Сыьорта фонду тябии гцввялярин, тясадцфлярин тясири нятижясиндя бюйцк даьынтыларын, зярярлярин арадан галдырылмасы цчцн сярянжамда васитялярин олмасындан ютрц зяруридир. Сыьорта фондунун оптимал сявиййядя тяшкилинин щям халг тясяррцфаты, щям сащя мцяссисяляри цчцн, щям дя жямиййят цчцн бюйцк ящямиййяти вардыр. Continue reading
Tənhalıq…
Zəif uğultu və musiqi səsi…
Gənclik metrosunun yaxınlığında yerləşən McDonalds nə iləsə digərlərindən fərqlənirdi. Hərdən özü də təəccüblənirdi ki, necə ola bilir ki, bu qədər səs – küyün içərisində beynini dincəldə bilir. Oğlunun ölümündən sonra demək olar ki, hər gün işdən çıxan kimi bura gələr, Kamalın uşaq vaxtı sevdiyi kartoflardan alar, bir saat əyləşər və sonra aldığı qidaya heç toxunmadan belə qalxıb gedərdi.
2 il, 5 ay, 18 gün… Onu həyata bağlayan yeganə ipin qırılmasından məhz bu qədər vaxt keçmişdi. Hələ də nə üçün, kimin üçün yaşadığını anlamırdı. Ancaq çox qəribə idi ki, heç bir dəfə də olsun özünə qəsd etmək barədə düşünməmişdi. Sanki yaşamağının yeganə məqsədi hər gün bu McDonaldsa gələrək kartof almaq, bir neçə saat oturaraq xəyallara qapanmaq və sonra da çıxıb getmək idi. Əsasən də ətrafı unudaraq sadəcə düşünməyi, ya da hər şeyi unutmağı çox sevirdi.
Amma bu gün heç cür fikirlərini cəmləyə bilmirdi. Daxilində anlamadığı proseslər baş verirdi. Gözü qarşıda yerləşən güzgüyə sataşdı. Bir neçə dəqiqə öz əksinə gözünü zillədi. Sanki bu sifəti birinci dəfə idi ki, görürdü. Ona elə gəldi ki, artıq yüz ildir ki, güzgüyə baxmır. Continue reading