Vergilərin mahiyyəti və funksiyaları – kurs işi

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ

KURS İŞİ

MÖVZU: Vergilərin mahiyyəti və funksiyaları

Kafedra            :   Maliyyə

Fakültə             :   Maliyyə – 2

Kurs                  :   II (ikinci)

Qrup                  :   672

Tələbə                :   Seyidzadə İlkin

Elmi rəhbər       :

BAKI – 2011 Continue reading

Maliyyə nəzarəti orqanları

Maliyyə nəzarəti cəmiyyətin iqtisadi həyatının müxtəlif sahələrində və təsərrüfatın ayrı – ayrı səviyyələrində irəli sürülən tələblərə uyğun idarə edilməsini təşkil etmək üçün mürəkkəb və cürbəcür məsələləri həll edir.

Maliyyə nəzarətinin həyata keçirildiyi obyektlərdən aslı olaraq, dövlət, ictimai, təsərrüfatdaxili və müstəqil (auditor) maliyyə nəzarəti kimi fərqlənirlər. Dövlət maliyyə nəzarəti ümumdövlət və idarələr tərəfindən həyata keçirilir.

Ümumdövlət maliyyə nəzarəti dövlət hakimiyyət orqanları, icraedici orqanlar, maliyyə, vergi, kredit, sığorta təşkilatları, komitə, baş idarələr, yerli hakimiyyət orqanlarının maliyyə xidməti şöbələri, kooperativ və ictimai birliklərin təftiş komissiyaları tərəfindən həyata keçirilir. O nəzarət edilməli obyektlərə idarəçilik tabeçiliyindən aslı olmayaraq yönəldilir.

İdarə maliyyə nəzarəti, nazrliyin şöbələri, şirkətlər, yerli hakimiyyət orqanları idarələri və s. tərəfindən aparılır. Onun obyektləri müəssisə və idarələrin istehsal və maliyyə fəaliyyəti hesab edilir. Continue reading

Ekoloji tənzimləmə

    1. Ekoloji tənzimləmə haqqında məlumat.

    Hazırki dövrdə ekoloji vəziyyətin gərginlaşməsi ilə əlaqədar və ekologiya – iqtisadiyyat münasibətlərinin dərinləşməsinə uyğun olaraq təbiətin və cəmiyyətin harmonik qarşılıqlı əlaqə və təsir istiqamətində əməli işlər görülməlidir. Bunun üçün xüsusi ekoloji tənzimləmə sistemi yaradılmalıdır. Bu baxımdan iqtisadiyyatda ekoloji tənzimləmə xüsusi yer tutur. O, dövlətin təbiətin mühafizəsi sahəsindəki siyasətinə iqtisadi təsir göstərir. Ekoloji tənzimləmə təsir obyekti kimi istehsal və təbiətin istehsalla bağlı ünsürlərinə təsir göstərə bilər. Digər elementlər iqtisadiyyat üçün kənar amillər sayılır, ancaq bunlar da öz növbəsində bazar iqtisadiyyatı şəraitində qarşılıqlı tarazlığa gətirib çıxara bilərlər.

    Belə çətinliklərin aradan qaldırılması üçün iqtisadiyyatda bir sıra yanaşmalar tətbiq olunur. Söhbət əsasən vergi və maliyyə yardımlarından gedir. Əgər kənar amil iqtisadiyyata mənfi təsir göstərirsə vergi, əgər müsbət təsir göstərirsə subsidiyalar tətbiq edilir. Sonralar oqtosadoyyatda kənar amillər üçün süni bazar yaradılması təklif olunmuşdur. Bu konsepsiyanın köməyi ilə kənar amillərin göstəricisi kimi ətraf mühitə atılan qaz və bərk formalı tullantılar cə çirkab suları qəbul olunmuşdur. Beləliklə, iqtisadiyyatda ekoloji tənzimləmənin iqtisadi üsullara keçirilməsi baş verir. Ətraf mühitin keyfiyyətini qoruyub saxlamaq və ekoloji təhlükəszliyi təmin etmək üçün dünya ölkələrinin çoxunda xüsusi dövlət orqanları yaradılmışdır. Bu orqanlar həm ətraf mühitin keyfiyyətinə cavabdehdirlər, həm də ətraf mühitin çirklənməsi ilə əlaqədar proqram və tədbirlər hazırlayıb həyata keçirirlər. Maraqlıdır ki, ilk dövrlər təbiəti mühafizə tədbirlərinin iqtisadi müxanizmləri bu oorqanlar tərəfindən çox az tətbiq olunmuşdu. Daha çox inzibati – amirlik mexanizmləri tətbiq olunurdu. Birbaşa ekoloji tənzimləmə ilə onun son nəticəsi arasında əlaqə çox aydın görünür. Ancaq iqtisadi mexanizm yolu ilə tənzimləmə daha uzun müddətdə nəzərdə tutulur. Ancaq ekoloji tənzimləmənin iqtisadi üsulları, çirklənmə mənbələrini yardan müəssisələrə qərar qəbul etməkdə daha çox azadlıq verir. İqtisadi üsullar dövlət ətbiəti mühafizə orqanları ilə ətraf mühiti çirklədirən müəssisələr arasında normal iqtisadi əməkdaşlığın yaradılmasına kömək edir. Birbaşa ekoloji tənzimləmədə isə onlar arasında daim qarşılıqlı etibarsızlıq və ziddiyət hökm sürür. Iqtisadi üsullar təbiəti mühafizə işidə özünü həmişə doğrultmur və əsasən inzibati tənzimləməni iqtisadi məcraya yönəltmək üçün, ya da birbaşa tənzimləmə özünü doğrultmadıqda tətbiq olunur. Təxminən 70 – ci illərin ortalarından başlayaraq hiss olundu ki, inzibati – amirlik nəzarət üsulları özünü doğrultmur və iqtisadi mexanizmlər daha çox tətbiq olunmağa başladı. Continue reading